Parlament üç qanunda dəyişikliyi III oxunuşda qəbul edib
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri qəbul edilib.
"Report" xəbər verir ki, dəyişikliyə əsasən, “Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişikliklə həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta güzəştlərinin dövlət sektoruna münasibətdə tətbiqinin 2025-ci il yanvarın 1-də ləğvi nəzərdə tutulur.
Bunun hesabına dövlət büdcəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır.
Layihə müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Dekabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















