Icma.az
close
up
RU
Parlamentari: QAİ nin müraciətinin BMT sənədi kimi yayılmasının iki mühim əhəmiyyəti var

Parlamentari: QAİ nin müraciətinin BMT sənədi kimi yayılmasının iki mühim əhəmiyyəti var

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən fövqəladə dəlil ilə bağlı BMT-nin Baş katibinə ünvanlanan məktubun BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılması ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb. Qərbi Azərbaycan İcmasından APA-ya verilən məlumata görə, məktubun BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması Ermənistanın sözügedən cinayətlər üzrə məsuliyyətinin beynəlxalq hüquqi müstəvidə təsbit olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bəyanatda qeyd olunub ki, Qərbi Azərbaycan İcması bu məsələni BMT ilə yanaşı regional təşkilatların və özlərini insan hüquqlarının müdafiəçiləri kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırmaq istiqamətində səylərini davam etdirir. 

Qeyd edək ki, sözügedən məktub Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı idi. Xatırladaq ki, Levon Ter-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edir və Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırırdı. 



Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu “Sherg.az”a söyləyib ki, Qərbi Azərbaycan İcması Qərbi azərbaycanlıların hüquqlarını bərpa edilməsiylə bağlı beynəlxalq təşkilatlara, xüsusilə insan haqları üzrə ixtisaslaşmış qrumlarla əlaqə saxlayır:


“Bununla bağlı həqiqətləri beynəlxalq hüququn diqqətinə çatdırmağı qarşısına məqsəd götürərək Qərni azərbaycanlıların qayıdışının hüququ bazasını genişləndirməyə çalışır. Birləşmiş Millətlər Təşkilatı dünyanın ən böyük beynəlxalq təşkilatı kimi beynəlxalq hüququn yerinə yetirilməsində məsul qurumdur. Beynəlxalq hüquqa görə hər bir insanın doğulduğu yerdə, vətəndaşı olduğu ölkədə yaşamaq hüququ var. Ona görə də Qərbi Azərbaycan İcması BMT-nin Baş Assambleyasına Qərbi azərbaycanlıların qayıdış hüququ ilə bağlı müraciət ünvanlayıb. Həmçinin Qərbi Azərbaycan İcması Ermənistanda olan etnik nifrət, etnofobiya və diskriminasiya kimi məsələlərlə bağlı gerçəklikləri BMT Baş Assambleyasının diqqətinə çatdırıb. Ən sonuncu müraciət isə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın etirafından sonra olub. Levon Ter-Petrosyan öz çıxışında Qərbi azərbaycanlıların öz torpaqlarından qovulmasını bir qəhramanlıq tarixi kimi erməni ictimaiyyətinə təqdim edir. Burada məsələ hüququ yönümlüdür. Çünki bir ölkənin prezidenti etiraf edir ki, həmin ölkənin vətəndaşlarını etnik təmizləmə siyasətinə məruz qoyub. Qərbi Azərbaycan İcmasının müraciətinin BMT sənədi kimi yayılmasının iki mühim əhəmiyyəti var. Birincisi BMT qəbul edir ki, həqiqətəm belə bir problem mövcuddur. Digər tərəfdən isə BMT anlayır ki, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtma istəyində siyasi iddia yoxdur. Qərbi Azərbaycan İcması bundan sonda da həmin istiqamətdə fəaliyyətini davam etdirəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Yanvar 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri