Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Parlamentari: Rusiya ilə müqavilə imzalamaq suya yazı yazmaq kimidir

Parlamentari: Rusiya ilə müqavilə imzalamaq suya yazı yazmaq kimidir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub


 “Günahkar tərəf özü geriyə çəkilməli, münasibətləri normallaşdırmaq istiqamətində üzərinə düşəni etməlidir"



Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayaraq AZAL-a məxsus təyyarənin vurulması zamanı xəsarət almış sərnişinlərə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edildiyini iddia edib. Bildirilib ki, guya reysdə olan 62 sərnişindən 46-nın xəsarət alması və həlak olması ilə bağlı iddialar tam təmin edilib. O cümlədən 15 Rusiya vətəndaşından 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, 3-ü Qırğızıstanın, 6 Qazaxıstan vətəndaşından isə 1-nin ödənişi tam təmin edilib. Qeyd olunub ki, xəsarət alanlar və ölənlərin yaxınları ilə tam həlli üçün təzminat məbləğlərinin razılaşdırılması istiqamətində işlər davam edir. Azərbaycan XİN-dən bu açıqlamaya sərt reaksiya gəlib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Rusiya XİN ictimaiyyəti çaşdırır. Vurğulanıb ki, AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya Hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır: "Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin həyata keçirilməsi prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb. Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil". 

Ümumən, Moskvanın Azərbaycanda 13 rus vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməsi yanlışdır. Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur. Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır. 


Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Sherg.az-a açıqlamasında deyib ki, biz hər zaman ermənilərə xəstə toplum deyirdik, görünən odur ki, ruslar daha böyük xəstəliyə düçar olublar. Deputat qeyd edib ki, adətən, sonradan layiq olmadıqları mərtəbəyə çatandan sonra bəzi toplumlar aşağılıq kompleksi yaşayırlar:


. "Rusiya indi bu vəziyyətdədir. Hazırda ölkədə yaşamağın mümkünsüzlüyünü görən xeyli elm xadimi, siyasətçi, müxtəlif sənət sahibləri Rusiyanı tərk ediblər. Moskva Rusiyada yaşayan millətlərə nifrət siyasəti üzərindən nəyəsə nail ola bilməz. Rusiya və Azərbaycan arasında münasibətlərin normallaşması üçün atılacaq addımlar hamıya, o cümlədən Prezident V.Putinə də bəllidir. Qəribədir ki, Rusiya Azərbaycandan nəsə gözləyir. Halbuki, ilk addımları haqlı olaraq Rusiyadan gözləyirik. 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik sənədi imzalanıb və həmin müqavilənin bütün bəndlərinə Azərbaycan sonadək riayət edib. Azərbaycan lideri hər zaman öz imzasının, sözünün arxasındadır. Təəssüflər ki, Rusiya ilə bağlı bunu demək mümkün deyil. Rusiya ilə müqavilə imzalamaq "suya yazı yazmaq" kimidir. İndiki gərgin münasibətlərin yaranmasının başlıca səbəbkarı Rusiyanın yeritdiyi qərəzli siyasət, atdığı addımlardır. Günahkar tərəf özü geriyə çəkilməli, münasibətləri normallaşdırmaq istiqamətində üzərinə düşəni etməlidir". 


Parlamentari vurğulayıb ki, Rusiya Azərbaycan təyyarəsini öz hava məkanında vurub və ortada bugünədək heç bir üzrxahlıq, təzminat yoxdur:

 "Hələ də cinayətkarlar aşkarlanaraq cəzalanmayıb. Bu yanaşma beynəlxalq konvensiyalara ziddir. Ən əsası isə son aylarda Rusiyada yaşayan, işləyən azərbaycanlılara qarşı ciddi təzyiqlər edilir, əsassız yerə incidilirlər, həbs olunurlar, biznesləri əllərindən alınır. Diaspor fəallarının əmlakları müsadirə edilir, ölkədən deport olunurlar. Başlarına min cür oyun açılır. Moskva dünyada misli görünməmiş rəzilliyə əl atır. Bütün bunların fonunda Rusiyanın Azərbaycandan nə gözləntisi ola bilər?! Əgər Rusiya sivil dünyanın tərkib hissəsi olduğunu, normal ölkə olduğunu iddia edirsə, beynəlxalq qayda-qanunlara uymalıdır. Ən azından elemantar insan haqlarına riayət etməlidir. Rusiya uğursuz siyasətinə görə dünyada faktiki olaraq təklənmiş durumdadır. Ağır sanksiyalara məruz qaldığı üçün ciddi maddi itkilərlə üzləşib. Qərb ölkələrindəki banklarda 300 milyard dollarlıq vəsaitlərinə əl qoyulub".
A.Əlizadə əlavə edib ki, kifayət qədər böyük sərvətlərə, resurslara, geniş əraziyə malik olsa da, təəssüf ki, Rusiyanın bütün potensialı tamamilə lazımsız istiqamətə xərclənib:

 "Hədəf hərbi sənaye olduğuna görə, Rusiya digər sahələrdə Qərb ölkələrindən, Çindən geri qalıb. Halbuki, bu qədər zəngin resurslarla Rusiya dünyanın ən inkişaf etmiş, rifah səviyyəsi yüksək olan və təhlükəsiz ölkəsi ola bilərdi. Ancaq Rusiya bu siyasəti ilə öz-özünü çətin, çıxılmaz duruma salıb. Bölgə və dünya üçün bəlaya çevrilib. Kreml rəhbərinin həyata keçirdiyi siyasət Rusiyanı uçuruma aparır".


Parlament üzvü bildirib ki, Azərbaycan bütün qonşuları ilə normal münasibətlərdə maraqlı olub və bu gün də maraqlıyıq:

 "Əslində, hamını maraqlandıran sual odur ki, niyə görə müharibə şəraitində olan, Qərb ölkələri ilə üz-üzə dayanan, sanksiyalara məruz qalan Rusiya ən azından öz qonşuları ilə normal münasibət saxlamır, əksinə, əlaqələri daha da pisləşdirir?! Çünki Rusiya şovinizm əhvali-ruhiyyəsindən, imperialist təfəkkürdən qətiyyən əl çəkə bilmir. Rusiyanın hər kəsdən, hər dövlətdən üstün olduğunu düşünürlər. Postsovet ölkələrinin müstəqil siyasət yürütməsini qəbul etməkdə çətinlik çəkirlər. Azərbaycan müstəqil xarici siyasət həyata keçirir. Həm region ölkələri, həm Qərb dövlətləri, ərəb dünyası ilə əlaqələri genişləndirir, eyni zamanda Çin və s. ölkələrlə çoxvektorlu münasibətləri inkişaf etdirir. Həmçinin, Ukraynaya humanitar yardım göstəririk, Rusiyanın işğalçılıq siyasətini qəbul etmirik, dəstəkləmirik. Rəsmi Bakının mövqeyi odur ki, ərazi bütövlüyü, dövlətlərin sərhədləri, suverenliyi toxunulmazdır. Rusiya bu reallıqları qəbul edərək qonşularla, Azərbaycanla bərabər hüquqlu münasibət saxlamalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Sentyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see188

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see168

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see162

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see157

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri