Icma.az
close
up
RU
Paşinyan hansı yolu seçəcək?

Paşinyan hansı yolu seçəcək?

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Zəngəzur dəhlizinin Azərbaycanın tələblərinə uyğun açılması ilə bağlı Ermənistanın razılığı barədə məlumatların ardınca, baş nazir Nikol Paşinyanın Ermənistan konstitusiyasına dəyişikliklər edilməsinin zəruriliyi haqqında açıqlaması, Ermənistan Azərbaycan münasibətlərinin normallaşdırılması üçün çox vacib irəliləyiş ola bilər. Baxmayaraq ki, Paşinyan ölkə konstitusiyasına planlaşdırılan dəyişikliklərlərin konkret müddəa və aspektlərini qeyd etməsə də, dəyişiliklərin məhz Azərbaycanın Ermənistanla sülh müqaviləsinin şərtləri və tələbləri ilə bağlı olduğu məlumdur.
Nikol Paşinyanın bu açıqlaması ilk növbədə ona sübutdur ki, Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasını əks etdirən müddəaları çıxarmayınca tərəflər arasında heç bir sülh müqaviləsindən söhbət gedə bilməz. Nikol Paşinyanın konstitusiya ilə bağlı açıqlaması heç də prosesə start veriləcəyi demək deyil. Hələ nəticəsindən asılı olmayaraq, prosesə başlamağın özü böyük risklər vəd edir.
Təbii ki, Ermənistanın üçün bu proses xeyli vaxt apara bilər. Bu müddət daxilində konstitusiya dəyişikliyinin qəbuluna qədər prosesin nəzarətdən çıxması ehtimalı da yüksəkdir. Daxili revanşistlər və bəzi xarici təhrikçi ölkələr Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması üçün birləşə bilər. Bu halda, Paşinyanın onun istefasını, devrilməsini tələb edən qüvvələrlə danışığa getməklə hakimiyətini qoruya bilməz.
Ancaq, baş nazir Nikol Paşinyan Azərbaycanla müharibəyə getməklə hakimiyyətdən kənarlaşdırılmasını müvəqqəti də olsa arxa plana keçirə bilər. Ermənistanın ABŞ, Fransa, Hindistan, Yunanıstan, İran və sair ölkələrin hesabına hücum silahları ilə silahlanması, Azərbaycanla şərti sərhəd boyu hərbi infrastrukturun yaradılması, Aİ-nın yarım-hərbi misiyasının kəşfiyatçı fəaliyyəti Paşinyan hakimiyyəti ilə Ermənistanın ehtiyac qalacağı müharibəyə hazırlığıdır.
Ancaq, Paşinyan hakimiyyətini saxlamaq üçün getdiyi müharibənin nəticələri Ermənistan və onun şəxsi üçün daha acınacaqlı ola bilər, olsun ki, Paşinyan Azərbaycanla yeni müharibədənsə postundan getməyi üsün tutsun.
Paşinyanın hakimiyyətdən uzaqlaşması da Ermənistanın Azərbaycanla müharibəsinn başlamasının qarşısını ala bilməz. Əksinə, erməni revanşistləri Paşinyanın uzaqlaşdırılmasını qələbə hesab edəcək, avantürist müharibə riskinə gedə bilər.
Vüqar Dadaşov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Fevral 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri