Paşinyan konstitusiya islahatlarını seçkilərdən sonraya saxlayır Media
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, konstitusiya islahatları üzrə şuranın iclasları artıq bir aydan çoxdur keçirilmir. Halbuki əvvəllər bu görüşlər demək olar ki, hər həftə baş tuturdu.
Fasilənin səbəbi hakim “Mülki Müqavilə” partiyasının 7 iyunda keçiriləcək parlament seçkilərini gözləməsi və nəticələrə əsasən konstitusiya referendumu keçirə bilib-bilməyəcəyini müəyyənləşdirmək istəyidir. Qəzetin yazdığına görə, bunun üçün partiya ya parlamentdə konstitusion çoxluğa, ya da koalisiya tərəfdaşına ehtiyac duyur.
Eyni zamanda ədliyyə naziri Srbuhi Qalyan layihənin hazır olduğunu bildirsə də, nəşrin iddiasına görə, partiya rəhbərliyi hələlik sənədin məzmunu ilə tanış olmayıb.
Daha əvvəl baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. Onun fikrincə, bu istinadlar potensial ziddiyyət riski yaradır.
Xüsusilə qeyd olunur ki, Müstəqillik Bəyannaməsində Ermənistanın Qarabağla birləşməsi ilə bağlı müddəa yer alır. Bu isə Azərbaycan tərəfindən qəbul edilmir və Bakı Konstitusiya dəyişikliklərini İrəvanla sülh sazişinin imzalanması üçün şərt kimi irəli sürür.
Qeyd: Ermənistanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında, onun preambula hissəsində birbaşa istinad edilən 1990-cı il Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bu sənəd Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hüquqi baza kimi qiymətləndirilir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 May 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















