Paşinyan sabotaja başlayıb: Yeni planı qüvvədə
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanla Rusiya arasında “ticarət müharibəsi” genişlənərək Avrasiya İqtisadi İttifaqına yayılıb.
Artıq Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən tədarük edilən tomat pastası və digər məhsullara altı aylıq qadağa tətbiq edib.
Müvafiq qərar hökumətin iyulun 30-da keçirilən iclasında qəbul edilib.
“Bu qərarın nəticəsində yerli istehsal olunan tomat pastasının satış həcmləri artacaq, pomidora tələbat yüksələcək və emal üçün nəzərdə tutulan məhsulun tam şəkildə satın alınması təmin ediləcək”, - deyə sənəddə göstərilir.
Ermənistan mənşəli karantin məhsullarının Rusiyaya ixracı və tranzitinə tətbiq edilən məhdudiyyətlər səbəbindən meyvə-tərəvəz məhsullarının, o cümlədən istixana pomidorlarının ixrac həcminin azaldığı bildirilir.
Qeyd edək ki, pomidor ixracına məhdudiyyətlər 2026-cı il mayın 22-də tətbiq olunub. İyulun 26-dək olan dövrdə istixana pomidorunun ixrac həcmi təxminən 800 ton təşkil edib. Ötən ilin müvafiq dövründə isə Ermənistandan Aİİ-a üzv ölkələrə təxminən 7000 ton istixana pomidoru ixrac edilib.
Ümumiyyətlə, Ermənistan bazarında tomat pastasının orta illik istehlak həcmi təxminən 3000 tondur. İdxal olunan tomat pastasının əksəriyyəti təkrar ixrac edilir, bir hissəsi isə durulaşdırıldıqdan sonra yenidən qablaşdırılaraq yerli bazarda satışa çıxarılır. 2025-ci ildə Ermənistana 4335,2 ton tomat pastası idxal edilib ki, bunun da 2195,8 tonu daha çox quru maddə tərkibli olub.
Ermənistana idxal olunan quru maddə tərkibli tomat pastasının 1 kiloqramı gömrük rüsumu da nəzərə alınmaqla 367,8 drama satılır. Beləliklə, yerli istehsal olan 1 kq tomat pastasının orta satış qiyməti idxal edilən 1 kq tomat pastasından təxminən 82,2 dram bahadır.
Yaranmış vəziyyət göstərir ki, Ermənistanın ərzaq bazarında qiymət artımı bir tərəfdən sahibkarlara dəymiş ziyanı aradan qaldırsa da, digər tərəfdən istahlakçılar arasında narazılığa səbəb ola bilər. Ona görə də Ermənistan hökuməti bazarda qiyməti tənzimləməyin mexanizmini tapmalıdır.
Üstəlik, tomat pastasının idxalına qoyulan məhdudiyyətlər Rusiyadan başqa, Belarus, Qazaxıstan və Qırğızıstanın da Ermənistan məhsullarına analoji qadağaları təbiq etməsinə gətirib çıxara bilər. Bu isə Avrasiya İqtisadi İttifaqı daxilində ticarət münasibətlərinin pozulması deməkdir.
Qeyd edilən səbəbdən rəsmi İrəvanın addımı Ermənistanda tomat pastası istehsalını stimullaşdırmaq cəhdindən daha çox Rusiya ilə yaranmış “ticarət müharibəsi”ni Aİİ məkanına transfer etmək cəhdi kimi başa düşülə bilər. Yəni üzv dövlətlər arasında ticarət əməliyyatlarını tənzimləyən qaydaların pozulması və iqtisadi ziddiyyətlərin yaranması Aİİ-nın strukturlarını zəiflədə bilər.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Avrasiya İttifaqının taleyinin sual altında olduğunu vurğulaması bununla izah oluna bilər.
“İndi hamımız bu problemi Ermənistanın problemi kimi nəzərdən keçiririk. Amma bu, Ermənistanın deyil, Aİİ-nın problemidir. Çünki Avrasiya İqtisadi İttifaqı iflic vəziyyətindədir və işləmir. Əgər bu məsələ tezliklə həll olunmasa, proqnozlaşdırıram ki, bu, AİB-in sonunun başlanğıcı olacaq”,- deyə Paşinyan bildirib.
Baş nazirin bu açıqlaması ilk növbədə Ermənistanın Aİİ-dən çıxmaq təşəbbüsü kimi başa düşülə bilər. Lakin Ermənistan hazırkı situasiyada adıçəkilən təşkilatı tərk etməyə hazır görünmür.
Doğrudur, Qərb Avropa İttifaqına inteqrasiya üçün Ermənistandan Aİİ sıralarını tərk etməyi tələb edir. Lakin Ermənistan bunun reallaşması üçün Azərbaycanla sülh müqaviləsi imzalanmalı, kommunikasiyaları açmalıdır. Eləcə də, Türkiyə ilə sərhədlərin açılması mümkün olmalıdır. Əks təqdirdə, Rusiya Ermənistan iqtisadi cəhətdən “boğmaq” üçün geniş resurslara malikdir.
Buna baxmayaraq, Paşinyanın son addımları onun Aİİ-dakı daxili iqtisadi münasibətləri sabotaj etməklə Moskvaya təzyiq göstərdiyindən xəbər verir. Məqsəd Rusiyanın tətbiq etdiyi embarqoları ləğv etmək və Rusiya ilə Qərb arasında balanslaşdırılmış xarici siyasətin davam etdirilməsinə Kremli razı salmaqdır. Yəni Paşinyan Putinlə görüşə əlini gücləndirmiş vəziyyətdə getmək istəyir.
Putin isə Paşinyana güvənmir və Ermənistanın Avropa İttifaqına üzvlük məsələsinin qanunvericivilikdən çıxarılmasını tələb edir. Bura həmçinin Avropa İttifaqına üzvlüyün Ermənistan konstitusiyasına daxil edilməməsi də aiddir.
Rusiyanı narahat edən digər məqam isə TRIPP layihəsinin Avrasiya İqtisadi İttifaqının ərazisindən keçməsi ilə bağlıdır. Moskva hesab edir ki, Ermənistan rəhbərliyi Aİİ ərazisində fərqli gömrük rüsumları tətbiq etməklə təşkilatı parçalayır.
Ona görə də qapalı müzakirələrdə Rusiya Ermənistandan Zəngəzur dəhlizinin inşasını dayandırmağı tələb edir. Bu baxımdan, Paşinyanın Qərb və Rusiya arasında manevr imkanları çox daralıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 30 İyul 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















