Icma.az
close
up
RU
Paşinyan ürəyini dəyişdi: seçki günü gizli mesaj VİDEO

Paşinyan ürəyini dəyişdi: seçki günü gizli mesaj VİDEO

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siyasətdə, xüsusuilə seçkilərdə jestlər daha təsirli alət hesab edilir. Çox vaxt seçici platformaları yadında saxlaya bilmir, ancaq simvollar unudulmur. Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkiöncəsi jestləri bu baxımdan daha çox diqqət cəlb etdi.

Turkustan.az məsələ ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının hazırladığı materialı təqdim edir:

2018-ci ildə küçədən hakimiyyətə gələn Paşinyanın siyasi kapitalı əsasən fərqli görünə bilməsi idi. Xatırlayırsınızsa, o dövrün Paşinyanı kostyumlu kabinet siyasətçisi obrazından çıxdı. Çiynində çanta ilə piyada gəzərək, küçələrdə insanlarla eyni ortamı bölüşərək yeni lider obrazı yaratdı. Bu götüntülərə əlavə element kimi kamuflyaj papağını əlavə edən Paşinyanın jestləri “xalqın içindən çıxmış adam” mesajını veriridi.
Onun məşhur “Mənim addımım” kampaniyası da əslində simvol üzərində qurulmuşdu. “Addım” sözü köhnə siyasi elitadan uzaqlaşma və yeni siyasi istiqamət metaforası idi. Fikir verdinizsə, hakimiyyətə gəldikdən sonra Paşinyanın simvolları dəyişməyə başladı. Qarabağ məsələsinin Ermənistan cəmiyyətində yaratdığı siyasi və psixoloji sarsıntılar onun küçə romantikasını arxa plana keçirdi.

Uzun illər Ermənistan siyasətində dominant olmuş işğalçılıq siyasətinin dalana dirəndiyini anlayan elita yeni siyasi dil formalaşdırmaq məcburiyyətində qaldı. Əlbətə ki, bu reallıq Paşinyanın ritorikasına təsirsiz ötüşmədi.
Bir vaxtlar “məxməri inqilab”ın simvolları ilə tanınan Paşinyan bu dəfə sülh, regional kommunikasiyalar və gələcək gündəliyi üzərində siyasi obraz qurmağa başladı.
Onun simvollarındakı dəyişiklik də məhz bu transformasiyanın nəticəsi kimi görünür. Küçə etirazının jestləri tədricən yerini sabitlik, sülh mesajlarına verdi. Beləcə Paşinyanın son illərdə istifadə etdiyi hər yeni simvol Ermənistanın keçmiş siyasətindən uzaqlaşmaq cəhdinin göstəricisi kimi oxunur.

Qəribədir, erməni cəmiyyəti bunlara alışmışkən 2026-cı il seçki kampaniyası göstərdi ki, Paşinyan özünəməxsus oyunabənzər simvollardan imtina etməyib, formatlayıb.

Bu dəfə Paşinyan kampaniyasının ən çox diqqətçəkən elementlərindən biri əlləri ilə yaratdığı ürək işarəsi oldu. İnsanlar bunu ilk vaxtlar o qədər də ciddi qarşılamadı. Hətta başlanğıcda sosial media jesti kimi görünən bu hərəkət zamanla Paşinyanın şəxsi siyasi imzasına çevrildi. Hətta iş o yerə çatdı ki, diplomatlar və xarici qonaqlar da bu vizual dili təkrarlamağa başladılar.
İstənilən halda bu ürək jesti artıq müəyyən mənada hakim siyasi komandanın simvolik repertuarına daxil olub. Hətta Ermənistan mediasında, siyasi müşahidəçilər arasında bu “ürək” jestinin hakim komandanın qeyri-rəsmi siyasi nişanlarından birinə çevrildiyi barədə müzakirələr yarandı.

Yaranmış bu situasiya təsadüfi də görünmür. 2026-cı il seçki kampaniyasının mərkəzində əvvəlki illərdə olduğu kimi küçə etirazı dayanmırdı, “sülh” anlayışı önə çəkilirdi.

Beləliklə, Paşinyanın siyasi simvollarına xronoloji baxanda papaq və çanta ilə qurulan etirazçı obrazı, sonra “addım” metaforası, daha sonra sərt dövlətçilik ritorikası və nəhayət, ürək işarəsi ilə qablaşdırılan “sülh siyasəti” görünür.
Bu gün seçki nəticələri yavaş-yavaş səslənərkən Paşinyan yenə simvollarla danışmağa üstünlük verdi. O, əvvəlki kampaniyalarda tez-tez nümayiş etdirdiyi ürək işarəsindən fərqli ürək, baş və işarə barmağı ilə formalaşdırdığı yeni “şah damar” jestini göstərdi. Şah damar ürəyin başında olur. Bu işarə ilə Paşinyan başlatdığı prosesi sona çatdıracaq lider kimi təqdim etmək istədiyinin görüntüsüdür. Üz ifadəsindəki rahatlıq isə tərəfdarlara ardıcıl təşəkkürləri, rəqiblərə isteza idi. Paşinyan özünü qalib hesab edir. Əgər bu günə qədər göstərdiyi ürək işarəsi onun siyasi kommunikasiya sisteminin mərkəzi idisə, bugünkü jest həmin ürəyə gedən əsas damarları xatırlatdı.

Paşinyan bu jest vasitəsilə siyasi kursunun dəyişməyəcəyini nümayiş etdirir. Özünü ölkəsinə sülh gətirəcək lider kimi təqdim etməyə davam edir. Bu simvolik mesajın cəmiyyət tərəfindən mandatlanacağı məsələsini çox keçmədən seçki nəticələrinin yekun mənzərəsi ortaya qoyacaq./Modern.az

xxx

Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki nəticələrinin hesablandığı zaman paylaşım edib.
Turkustan.az xəbər verir ki, feysbukda etdiyi paylaşımda o bu sözləri yazıb:
"Axşamınız xeyir və hamınızı sevirəm!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 İyun 2026 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri