Paşinyandan xahiş etdim ki... Arutyunyan
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2020-ci ilin iyun ayında mən Paşinyandan xahiş etdim ki, bizi danışıqlar prosesi ilə tanış etsin. 2020-ci ilin iyununda İrəvanda bizim birgə Təhlükəsizlik Şurasının iclası oldu. Bu, hamı üçün açıq bir iclas idi. İclas zamanı Ermənistanın o vaxtkı xarici işlər naziri bizi danışıqlar prosesi ilə tanış etdi. Aydın idi ki, bu proses dalana dirənmişdi. Bu iclasda Ermənistanın müdafiə strukturlarının rəhbərləri bizi orduda olan vəziyyətlə tanış etdilər. Aydın oldu ki, Ermənistan müharibəyə hazır deyil. Müharibə etmək üçün müəyyən resurslar lazımdır.
Axar.az xəbər verir ki, bunu Araik Arutyunyan Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə deyib.
"Ərzaq, silah resursları, maliyyə resurları lazım idi. Məlum oldu ki Ermənistanın buna imkanı yoxdur. Mən orada çox qısa olaraq öz fikrimi söylədim. Bildirdim ki, müharibə vaxtı nəticə bizim resurslarımıza görə olacaq. Çünki istənilən müharibə resurların müharibəsidir. Azərbaycanın isə bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi", - Arutyunyan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 Mart 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















