Icma.az
close
up
RU
Payız gəldi, viruslar aktivləşdi: Mütəxəssislərdən vacib XƏBƏRDARLIQ

Payız gəldi, viruslar aktivləşdi: Mütəxəssislərdən vacib XƏBƏRDARLIQ

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Son günlər ölkə ərazisində müxtəlif infeksion xəstəliklərin artması müşahidə olunur. Yaşından asılı olmayaraq bir çox insan müxtəlif viruslarla mübarizə aparır. Virusa yoluxanlar əsasən, yüksək hərarət, davamlı öskürək, boğaz ağrısı kimi əlamətlərdən şikayətlənirlər. Eyni zamanda, cəmiyyətdə COVID-19-un yenidən yayılması ilə bağlı narahatlıqlar və müzakirələr də gündəmdədir.

Bəs əslində nə baş verir? Hazırda yayılan virus nə dərəcədə təhlükəlidir və proses nəzarət altındadırmı?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Bu il də eyni mənzərə ilə üzləşəcəyik"

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, hazırda ölkədə epidemioloji durum sabitdir: "Havaların soyuması və payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımlar müşahidə olunur. Bu adi haldır və bu il də eyni mənzərə ilə üzləşəcəyik. Hazırda ölkədə epidemioloji durum sabitdir, kəskin respirator virus infeksiyalarına yoluxma hallarının keçən ilin eyni dövrü ilə müqayisədə artmadığını qeyd edə bilərik".

Yeni koronavirusa yoluxma var?

Əhali arasında COVID-19-la bağlı müzakirələrə gəldikdə isə, mütəxəssis deyir ki, klinik seyrə görə KRVİ və COVID-19 çox oxşar olduğu üçün bunları biri-birindən ayırmaq mümkün deyil: "COVID-19 xəstəliyinin təsdiqlənməsi üçün şəxsin müayinədən keçməsi tələb olunur. Hazırda Yeni koronavirus infeksiyasına yoluxma sayında artımlar qeyd olunmur".

"Qripə qarşı vaksinasiya ciddi tövsiyə olunur"

Mütəxəssis vurğulayır ki, ötən ay mövsümi qripə yoluxma hallarında artım müşahidə olunmayıb: "Əhali arasında ümumi və respirator əlamətlərlə müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır (KRVİ). Hava-damcı üsulu ilə yayılan bütün KRVİ-dan qorunma üsulu universaldır. Bundan başqa, xəstələnmiş insanların aktiv aşkarlanması və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplanmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə olunması, əl gigiyenasına riayət olunması mütləqdir. Bundan əlavə, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalmasında önəm daşıyır. Risk qruplarına daxil olan insanların birinci növbədə qripə qarşı vaksinasiyası ciddi tövsiyə olunur".

Həm böyüklər, həm də uşaqlar...

İnfeksionist Mərdan Əliyev bildirir ki, payız-qış mövsümündə kəskin respirator virus, qripəbənzər, yuxarı tənəffüs yolları infeksiyalarına həm uşaqlarda, həm də böyüklərdə tez-tez rast gəlinir. Onun sözlərinə görə, məhz bu dövrdə bir sıra viruslar aktivləşir: "Onların arasında rinovirus, adenovirus, rotavirus (xüsusilə uşaqlarda bu virus həm də bağırsaq infeksiyalarına səbəb olur), influenza (qrip), noravirus və koronaviruslar əsas yer tutur. Sözügedən viruslar əksər hallarda yuxarı tənəffüs yolları xəstəliklərinə yol açır".

"Dünyada COVID-19-un yeni ştamına yoluxmalar artıb"

COVID-19-la ilə bağlı məsələyə gəlincə, mütəxəssis vurğulayır ki, dünyada, COVID-19-un yeni ştamlarına yoluxmalar artıb: "Bu ştamların simptomları əvvəlkilərdən fərqlənmir. Demək olar ki, qrip əlamətləri ilə eynidir. Ona görə də bu virusu digərlərindən fərqləndirmək çətindir. Azərbaycanda da yoluxma hallarında artım müşahidə oluna bilər. Lakin hazırda konkret diaqnostika aparılmadığı üçün yoluxmanın hansı virusa aid olduğunu dəqiq müəyyən etmək mümkün deyil. Buna ciddi ehtiyac da yoxdur, çünki simptomlar bir-birinə oxşardır və tətbiq olunan müalicə protokolları demək olar ki, eynidir".

Həkim bildirir ki, hazırda ona müraciət edən xəstələrin sayında artım var: "Bu da gözləniləndir, çünki hər il olduğu kimi, payız-qış mövsümündə infeksion xəstəliklərə yoluxma halları artır və bu, təbii proses sayılır".

Yuxu rejimi, istirahət, balanslı qidalanma

Mütəxəssis vurğulayır ki, ev şəraitində infeksion xəstəliklərin qarşısını almaq üçün immun sistemini güclü saxlamaq tövsiyə olunur: "Təbii C vitamini ilə zəngin meyvə və tərəvəzlər, kivi, portağal, limon, qırmızı bibər və s. immun sistemini dəstəkləyir və yoluxma halında xəstəliyin daha yüngül keçməsinə kömək edir. D vitamini isə yalnız həkim məsləhəti ilə qəbul edilməlidir. Yuxu rejimi, düzgün istirahət və balanslı qidalanma da vacib amillərdəndir".

Əgər artıq xəstələnmişiksə, evdə qalmaq və işə getməmək tövsiyə olunur. Bu, həm ətrafdakı insanları yoluxdurmamaq, həm də xəstəliyin ağırlaşmasının qarşısını almaq baxımından vacibdir: " Ev şəraitində istirahət, bol maye qəbulu, C vitamini ilə dəstək və bədənin soyuqdan qorunması xəstəliyin daha yüngül və rahat keçməsinə şərait yaradır".

"Stratus", "Nimbus"...

Məlumat üçün bildirək ki, 2025-ci ilin ortalarından etibarən dünyada COVID-19-un yeni ştamları yayılmağa başlayıb. Bu yeni variantlar əsasən "Stratus", "Nimbus" adları ilə tanınır və müxtəlif ölkələrdə yoluxma hallarının artmasına səbəb olub. "Stratus" adlı yeni ştam ilk dəfə Böyük Britaniyada aşkarlanıb və XFG.3 subvariantı ilə tanınır. Bu ştam "Omikron" ştamının nəslindəndir və əvvəlki variantlardan daha yoluxucu ola bilər. "Nimbus" adlı yeni ştam isə ilk dəfə 2025-ci ilin yazında Böyük Britaniyada aşkarlanıb və artıq Hindistan, ABŞ və digər ölkələrdə də yayılıb. Bu variantın əsas simptomları kəskin boğaz ağrısı, şiddətli zəiflik, temperaturun yüksəlməsi və titrəmədir. Ümumdünya Səhiyyə Təşkilatı bu variantı əvvəlki ştamlarla müqayisədə daha ağır hesab etmir, lakin vəziyyəti izləməyə davam edir.

Bu yeni ştamların yayılması, xüsusilə payız-qış mövsümündə respirator virusların artması ilə üst-üstə düşür. Bu səbəbdən, mütəxəssislər şəxsi gigiyena qaydalarına riayət etmək, immunitet sistemini gücləndirmək və xəstəlik simptomları müşahidə edildikdə evdə qalmağı tövsiyə edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Oktyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri