Icma.az
close
up
RU
Payızda yaz havası: “Aldadıcı isti” xəstəliklərə yol açır

Payızda yaz havası: “Aldadıcı isti” xəstəliklərə yol açır

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi,3-9 oktyabr tarixləri arasında Azərbaycan ərazisində havanın temperaturu tədricən yüksələcək.

Bakıvaxtı.az xəbər verir ki, havanın soyumasına səbəb olan Qara dəniz siklonu regionu tərk edir və bugündən başlayaraq temperatur 8 dərəcəyə qədər yüksələcək.

Amma yaşlı nəsil payızda belə havanı “aldadıcı isti” sayaraq, bu istilərin nüxtəlif xəstəliklərə yol açdığını deyirlər. Elə mütəxəsslər də bu fikirdədirlər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, insanlar çox zaman havaya aldanaraq nazik geyinir və nəticədə soyuqdəymə, qrip, hətta daha ciddi mövsümi xəstəliklərə yol açılır.

Onun sözlərinə görə, soyuqdəymələrin qarşısını almaq üçün ilk növbədə geyim tarazlığına diqqət yetirmək vacibdir:

“Səhər və axşam saatları üçün üst geyimlərdən istifadə etmək, günorta isə havanın nisbətən isti olacağını nəzərə almaq lazımdır”.

Günay Lətifova, terapevt

Müsahibimizə görə, digər mühüm məqam isə qidalanma və maye qəbulu ilə bağlıdır. Terapevt vurğulayıb ki, payız aylarında immun sistemini gücləndirmək üçün vitaminlə zəngin meyvə-tərəvəzlər, xüsusilə də C vitamini ilə zəngin qidalar qəbul edilməlidir.

G.Lətifovanın dediyinə görə, gün ərzində kifayət qədər su içmək də bədənin müdafiə mexanizmini aktiv saxlayır.

“Unutmamaq lazımdır ki, indi payız fəslidir və bu fəslin özünəməxsus şıltaqlıqları var. Səhər günəşli havaya aldanıb nazik geyinmək, axşam isə soyuğa düşmək sağlamlıq üçün ciddi risk yaradır. Soyuqdəymələrin qarşısını almaq üçün isə sadə qaydalara əməl etmək kifayətdir. Düzgün geyim seçmək, mövsümə uyğun qidalanmaq və orqanizmi daim isti saxlamaq lazımıdr”,-deyə Günay Lətifova əlavə edib.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri