Icma.az
close
up
RU
Payızın rənglərini ehtiva edən Zeytun Festivalı başa çatdı FOTOLAR

Payızın rənglərini ehtiva edən Zeytun Festivalı başa çatdı FOTOLAR

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın qədim və cazibədar guşəsi – İçərişəhər bu dəfə payız mövsümünə xüsusi rəng qatan unikal bir tədbirə ev sahibliyi etdi. 

31 oktyabr – 2 noyabr tarixlərində keçirilən “Zeytun Festivalı” ölkəmizdə bu mövzuda təşkil olunan ilk festival kimi yadda qaldı.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təşkil olunan festival çərçivəsində üç gün ərzində ziyarətçilər zeytunun mədəni, qastronomik və ekoloji dəyərlərini yaxından tanımaq imkanı qazandılar.

Tədbir çərçivəsində yerli və beynəlxalq zeytun və zeytun yağı istehsalçılarının iştirakı ilə geniş sərgi-yarmarkası, rəsm plenerləri və retro avtomobillərin nümayişi və rəngarəng maraqlı proqramlar təşkil edildi. Qonaqlara məhsulların təqdimatı ilə yanaşı, zeytun yağının hazırlanma prosesi və  hazırlanan müxtəlif yeməklərin hazırlanma mərhələsi nümayiş olundu.

İçərişəhərdə fəaliyyət göstərən 17-dən artıq restoran festivala qoşularaq öz menyularında dəyişiklik edib, zeytundan hazırlanan xüsusi yeməkləri menyularına daxil etdilər. Tanınmış aşpazların iştirakı ilə hazırlanan bu təamlar qonaqlara təqdim olunaraq böyük maraqla qarşılandı.

Dekorativ sənət və əl işləri zonasında zeytun ağacından ilhamlanmış sənət nümunələri nümayiş olundu. Uşaqlar üçün yaradıcı guşələr və interaktiv fəaliyyətlər isə festivala ailəvi, isti bir ovqat qazandırdı.

Zeytun Festivalı həm mədəniyyət, həm də turizm baxımından yeni bir ənənənin əsasını qoydu. Tədbir zeytunun Azərbaycan mətbəxində və gündəlik həyatında tutduğu xüsusi yeri ön plana çıxararaq, yerli istehsalın, ekoloji düşüncənin və payız mövsümünün gözəlliyini birləşdirdi.

 “İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see221

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri