Icma.az
close
up
RU
Paytaxtda “cib yandıran” qiymətə paxlava: 1 kilosu görün neçəyədir

Paytaxtda “cib yandıran” qiymətə paxlava: 1 kilosu görün neçəyədir

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Novruz bayramı ilə əlaqədar hazırda milli şirniyyatlarımız gündəmdir. Müasir dövrdə şəkərbura, paxlava və digər şirniyyatları evdə bişirə bilməyənlər onu almaq məcburiyyətində qalırlar. Alıcılar isə maraqlı rəqəmlər səsləndirirlər. Biri paxlavanın 1 kiloqramına 60 manat, digər 120-150 manat verdiyini deyir. Bəziləri bu rəqəmlərin şişirdilmiş olduğunu bildirir.

Novruz şirniyyatlarını almaq həqiqətən bu qədər baha başa gəlirmi?

Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, burada təəccüblü heç nə yoxdur.

Onun fikrincə, qiymətin baha olmasının əsaslı səbəbi var:

“Bilirsiniz, azad bazar iqtisadiyyatıdır və qiymətlər sərbəstdir. Hökumətin istədiyi odur ki, vergilər düzgün ödənilsin. İstehlakçı hüquqları, şişirdilmiş qiymətlər isə arxa plandadır. Kim-kimi necə istəyir aldadır.

Eyyub Hüseynov

Kapitalizm cəmiyyətinin mahiyyəti budur. Biznes qurumları da bundan gen-bol istifadə edirlər. Məsələn, iftar süfrəsi var ki, 1 nəfər üçün qiymət 120 manatdır. Buna nə ad verək? Bu kimi əcaib hallar çoxdur. Hökumət müdaxilə etmir, azad bazar iqtisadiyyatı adı qoyulub ortalığa. Lakin istehlakçıların soyulması prosesi baş verir. Azad İstehlakçılar Birliyi hökumətin bu siyasəti ilə qəti razı deyil. İstehlakçıların hər cür soyulması, mağazalarda piştaxtada qiymətin aşağı, çıxanda isə yüksək olması, almadığı məhsulun hesablanması ilə razı deyilik”.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, paxlavanın maya dəyəri o qədər də çox deyil ki, bu dərəcədə şişirdilmiş rəqəm təyin olunsun:

“120-150 manat kiçik bir rəqəm deyil. Əgər belə qiymətə paxlava varsa, deməli, onu maya dəyərindən təxmini on dəfə baha satırlar. Bu, yanlış yanaşmadır. Ola bilər, şəhərin müxtəlif yerlərində tursitlərin olduğu ərazilərdə qonaqlardan daha çox pul qazanmaq üçün qiyməti şişirdirlər. Bu, yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkəsində turistlərin çox olduğu məkanda qiymətlər şişirdilmiş olur. Lakin nə qədər də şişirdilmiş olsa, paxlavanın 120 və ya 150 manata satılması absurddur”.

Ağa Salamov

Mütəxəssis deyib ki, paxlavanı baha qiymətə satanlar birdən-birə milyonçu olmaq istəyirlər:

“Burda qiymət tənzimlənməsi düzgün planlanmayıb. Paxlavanın tərkibi üçün olan məhsullar arasında kərə yağı və qoz bahalı məhsullardır. O da bir kiloqram üçün 5 manatlıq qoz, 250 qram, yəni təxmini 5 manatlıq da yağ istifadə olunur. Bəli, bir az baha başa gəlir, amma 1 kiloqrama görə o qiymət elə də baha hesab olunmur. 1 kiloqram paxlavanın qiyməti 40-50 manata olsa, yenə nəzərə almaq olar. Bayram aylarında lap 55 manata olsun. Lakin 120 manat həqiqətən də çox şişirdilmiş və qəbulolunmaz bir addımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri