Paytaxtda daha iki yol təmirə bağlanır
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Bakıda daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Xan Şuşinski küçəsində (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) 02 iyul 2026-cı il saat 10:00-dan 04 iyul saat 07:00-dək yol nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq:
“Hüseyn Cavid prospektində (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) isə 02 iyul saat 10:00-dan 03 iyul saat 22:00-dək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Daha sonra, 03 iyul saat 22:00-dan 06 iyul saat 07:00-dək sözügedən yol sahəsi tam bağlanacaq”.
AAYDA sürücüləri qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:Sürücülərin nəzərinə! Paytaxtda bu istiqamət tam bağlanır
23 Fevral 2026 20:57
Bakıda bu yol təmirə bağlanır
21 İyul 2026 19:05
Bu yol təmirə görə bağlanır
21 Avqust 2026 20:10
Sabunçuda yol təmirə bağlanır Foto
07 Oktyabr 2026 21:15
Bakıda iki yol təmirə bağlanır Təmir işləri aparılacaq
14 İyul 2026 20:40
Baxış sayı:139
Bu xəbər 02 İyul 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















