Icma.az
close
up
RU
Pecet xəstəliyi

Pecet xəstəliyi

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Pecet xəstəliyi (və ya osteodistrofiya) sümük toxumasının bərpa mexanizminin pozulması ilə xarakterizə olunan və səbəbi tam aşkar edilməyən xəstəlikdir.

İnsan orqanizmində sümük toxuması hüceyrələri mütəmadi olaraq dağılır və yeniləri ilə əvəz olunur. Pecet xəstəliyi zamanı bu proses pozulur ki, nəticədə sümüklər kövrək olur, deformasiyalara uğrayır, əyilir və qırılmağa meyilli olur.

Pecet xəstəliyinə əsasən yaşı 40-dan yuxarı olan insanlarda rast gəlinir. Kişilərdə qadınlara nisbətən iki dəfə çox müşahidə olunur. Xəstəliyin inkişaf etmə səbəbləri  məlum olmasa da, son illər aparılan elmi araşdırmalar nəticəsində xəstələrin osteoklastlarında (sümüyü yenidən quran hüceyrələr) virusabənzər cisimciklər aşkar edilib. Xəstələrin həmin virusa həyatın erkən mərhələsində yoluxduğu güman edilir və proses ləng tipli virus infeksiyası kimi inkişaf edir. Digər tədqiqatlar xəstəliyin genetik xarakterini (irsi xəstəlik) aşkara çıxarmışdır.

Xəstəlik orqanizmin istənilən sümüklərini zədələyə bilər. Xəstələrin üçdə birində yalnız bir, əksəriyyətində isə ən azı üç sümük zədələnir. Daha çox çanaq, onurğa, kəllə, yuxarı və aşağı ətrafların uzun borulu sümükləri prosesə cəlb olunur.

Xəstəliyin simptomları arasında:

- sümüklərdə arasıkəsilməyən və heç bir yükləmədən asılı olmayan ağrılar. Ağrılar küt və ya sızıldayan ola bilər.

- oynaqların hərəkətliliyinin pozulması,

- tez-tez baş verən sınıqlar (hətta ən kiçik travmalar nəticəsində),

- ayaqların X və ya O formasında əyilməsi,

- baş və üz formasının dəyişilməsi (baş böyüyür, üz kiçik qalır),

- zədələnmiş kəllə sümükləri sinirləri sıxır ki, bunun nəticəsində görmənin və  eşitmənin pozulmaları, güclü baş ağrıları inkişaf edir.

Çox nadir hallarda olsa da bəzən Pecet xəstəliyi fonunda xərçəng xəstəliyi (ikincili osteosarkoma) inkişaf edə bilər.

Pecet xəstəliyinin laborator diaqnostikası qanda qələvi fosfataza miqdarının təyininə əsaslanır. Xəstələrdə onun miqdarı normadan çox yüksək olur. Həmçinin qanda və sidikdə kalsiumun səviyyəsi də normadan yuxarı olur. Bundan əlavə zədələnmiş sümüklərin rentgenoqrafik müayinəsi də aparılır.

Bu xəstəliyin müalicəsi ilə həkim-ortoped məşğul olur. Xəstəlik tam müalicə olunmur. Lakin müalicənin köməyi ilə xəstənin vəziyyətini yüngülləşdirmək, xəstəliyin inkişafını xeyli ləngitmək və ağır fəsadların inkişafının qarşısını almaq mümkündür.

Mənbə: Herba Flora jurnalı

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri