Icma.az
close
up
RU
Pensiyasının artırılması üçün DSMF yə müraciət etdi, “borclu çıxdı” ŞİKAYƏT

Pensiyasının artırılması üçün DSMF yə müraciət etdi, “borclu çıxdı” ŞİKAYƏT

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Xətai sakini Elman Quliyev: “Bildirdilər ki, 2018-ci ildə nazirlikdə düzgün hesabat getməyib, sizin fonda 873 manat borcunuz var”

Bakı şəhəri, Xətai rayonu, Rəfiq Məmmədov küçəsi, 3A sakini Quliyev Elman Əmralı oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu pensiyaçılara qarşı haqsızlıq edir:

“Mən, Quliyev Elman Əmralıoğlu, yazaraq şikayətimin işıqlandırılması üçün sizdən kömək istəyirəm.

Qeyd edim ki, 2014-cü ildən güzəştli şərtlərlə təqaüdə çıxmışam. 2020-ci ildə 6 ilim tamam olduğuna görə pensiyam yenidən hesablanıb. Həmin vaxtı nazirliklə heç bir problemim olmayıb.

2025-ci ildə 70 yaşım tamam olduğu üçün iş yerindən – Bakı şəhəri 6 saylı ASAN Xidmət Mərkəzindən, avadanlıq üzrə baş mütəxəssis vəzifəsindən azad olundum. Səbəb kimi isə, yaş həddinin olduğunu bildirdilər.

Sənədlərimi DOST Mərkəzinə təqdim etdim. Məqsədim fondda yığılmış məbləğin pensiyamın üzərinə əlavə olunması idi.

Bu proses bir qədər çəkdi, amma iyul ayında tamamlandı. 03.07.2025-ci ildə məktub gəldi ki, sizin fonda 873 manat borcunuz var. Bildirdilər ki, 2018-ci ildə nazirlikdə düzgün hesabat getməyib.

DSMF-də savadsız bir adamı niyə işə götürüblər ki, bu gün mənim kimi onlarla insanın pensiyasından kəsilir?! Bunu biz hesablamırıq ki, öz işçiləri hesablayıb. Belə bir ciddi səhvə görə, nə üçün biz əziyyət çəkməliyik?! Nə qədər insanı bu yolla dövlətdən narazı salırlar. Bu pensiya elə bir məbləğdir ki, sadəcə, iynə-dərmanı görür. Bir də belə saxtakarlıqla kəsiləndə özümüzə heç nə qalmır.

Mənim razılığım olmadan, 820 manat artıq tutulub. Qalan 52 manat 73 qəpik üçün məndən razılıq ərizəsi tələb olundu. Dedilər ki, yazsan da tutulacaq, yazmasan da.

Birdən-birə 820 manat vəsaitin pensiyadan tutulması düzgün addım deyil. Misqalnan verdikləri pensiyaya da bəziləri göz tikir. İnsanların pensiyalarından kütləvi şəkildə tutulmalar baş verir, elə bil səlib yürüşüdür. Bu pullar hardasa fırlanır, kimlərəsə xidmət edir. 8% indeksasiya da, artım da gözə görünmür. Məncə, bu sistem araşdırılmalı, şəffaflıq təmin olunmalıdır. Bu qədər adamın narazılığı var, amma nəticə yoxdur.

Mənim fikrimcə, bu qurumda nəsə oyun gedir. Bu pensiyanı 1 nəfər hesablamır ki, deyək, onun səhvi olub. Eni-uzunu omayan bir qurum necə belə bir səhv edə bilər?! Deməli, bu, biz vətəndaşları təngə gətirmək üçün bir oyundur”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri