Icma.az
close
up
RU
Pentaqonun Thunderforge layihəsi: Kompüteri güclü olan qalib gələcək

Pentaqonun Thunderforge layihəsi: Kompüteri güclü olan qalib gələcək

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlətlər süni intellekti hərbi sahədə istifadə etmək üçün yarışa girib. ABŞ da bu məqsədlə mühüm addımlar atır.

Qaynarinfo xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon), müharibə ssenarilərini simulyasiya etmək, təhdidləri analiz etmək və hərbi liderlərin qərarvermə prosesini sürətləndirmək üçün süni intellektə yönəlir.

Bu addım, ABŞ ordusunun "Thunderforge" adlı layihəsinin bir hissəsidir. Layihə, müasir müharibələrin planlanma və idarə edilmə metodlarını yenidən formalaşdırmağı hədəfləyir.

Süni intellektin döyüş strategiyalarında istifadəsi böyük potensiala malik olsa da, eyni zamanda ciddi risklər də yaradır. Ənənəvi olaraq, hərbi strategiyalar insan təcrübəsi, kəşfiyyat məlumatları və tarixi analizlərə əsaslanırdı. Lakin müasir müharibələr dəqiqələr içində kəskinləşə bilər və Pentaqon bu sürətli prosesə uyğunlaşmaq üçün süni intellektdən istifadə etməyi düşünür.

Süni intellekt necə istifadə ediləcək?

"Thunderforge" layihəsi çərçivəsində süni intellekt aşağıdakı məqsədlər üçün tətbiq ediləcək:

* Döyüş planlarının hazırlanması və ssenarilərin modelləşdirilməsi

* Düşmən hərəkətlərinin proqnozlaşdırılması

* Hərbi strategiyaların təkmilləşdirilməsi

Sistem ilk olaraq ABŞ-ın Hind-Sakit okean və Avropa Komandanlıqlarında yerləşdiriləcək. Daha sonra digər 11 döyüş komandanlığına inteqrasiya ediləcək.

Texnologiya şirkətləri müharibə üçün süni intellekt hazırlayır?

Layihənin əsas iştirakçıları arasında "Scale AI", "Anduril" və "Microsoft" kimi texnologiya şirkətləri var. Onlar süni intellekt əsaslı alətlər inkişaf etdirərək bu yeni döyüş konsepsiyasını gerçəyə çevirməyə çalışırlar.

Lakin bu yanaşma böyük risklər daşıyır. Əgər süni intellekt səhvə yol versə və ya kiberhücumların hədəfinə çevrilsə, çox ciddi nəticələr ortaya çıxa bilər.

* Hərbi qərarların süni intellektə həddindən artıq etibar edilməsi, strateji yanlış hesablamalara yol aça bilər.

* Süni intellektin nəzarətdən çıxması və ya manipulyasiya olunması qlobal münaqişələrə səbəb ola bilər.

* Bu texnologiyanın istifadəsi etik və hüquqi problemləri də gündəmə gətirir.

Bu riskləri nəzərə alan Pentaqon süni intellektdən istifadə prosesində təhlükəsizlik yoxlamaları və təsdiq prosedurlarını tətbiq edəcəyini bildirir.

Gələcəyin müharibələri: Yalnız süni intellektlər döyüşəcək?

ABŞ süni intellekt əsaslı hərbi texnologiyalar hazırlayarkən, digər ölkələr də oxşar sistemlər inkişaf etdirəcək. Bir müddət sonra müharibələrin insanlardan çox süni intellektlər arasında aparıldığını görə bilərik.

Başqa sözlə, kompüter gücü yüksək olan ölkələrin qalib gəldiyi bir dünyaya doğru gedirik.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri