“Peşə imtahanında uğurlu nəticə göstərənlər əsasən Türkiyə ATM lərinin məzunlarıdır” TKTA sədri
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
“12 dekabr 2025-ci il tarixində DİM-in keçirdiyi imtahanda “Hüquqşünaslıq” ixtisası üzrə Türkiyə Respublikası Ankara və Bahçeşehir universitetlərinin tələbələri 30 sualdan 27 suala düzgün cavab verərək ən yüksək nəticə əldə ediblər”.
Redaktor.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2025-ci ilin yekunlarına dair” brifinqdə söyləyib.
“Bu ixtisas üzrə Türkiyə Respublikasının ATM-lərindən məzun olmuş və imtahanda iştirak etmiş bütün müraciətçilər uğurlu nəticə əldə edib. Bu istiqamətdə tərəfimizdən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyənlər əsasən ATM-lərə hər hansı ciddi dəyərləndirmə olmadan yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunanlardır”.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 26 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















