Icma.az
close
up
RU
Peşə təhsili müəssisələrinə ayrılan plan yerlərinin sayı artırılmalıdır TƏKLİF

Peşə təhsili müəssisələrinə ayrılan plan yerlərinin sayı artırılmalıdır TƏKLİF

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, müsabiqədən keçən şəxslər 25 avqust saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.


Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Sherg.az-a bildirib ki, peşə təhsil müəssisələrinə qəbulun ikinci mərhələsi 26 avqust tarixindən başlayacaq:


“Məlum olduğu kimi, birinci mərhələ əvvəlki illərlə müqayisədə daha gərgin keçib. Çünki müraciət edənlərin sayı daha çox olmuşdu və bu, sevindirici haldır. Bu, onu göstərir ki, artıq cəmiyyətdə yalnız universitet diplomu əldə etmək məqsədi deyil, müəyyən bir ixtisas və peşəyə sahib olmaq düşüncəsi ön plana çıxır. Bu isə, həqiqətən, hamımız üçün müsbət tendensiyadır. Ümumilikdə bu il üçün peşə təhsili müəssisələrinə 32 min 620 plan yeri müəyyən edilib. Onun birinci mərhələsində isə 23 mindən çox müraciət qeydə alınmış, təxminən doqquz min nəfər isə ikinci mərhələdə iştirak edəcək. Mövcud vəziyyət onu göstərir ki, peşə təhsili müəssisələrinə ayrılan plan yerlərinin sayı artırılmalıdır. Doğrudur, bu il müəyyən qədər artım müşahidə olunub, lakin artım təqribən beş faiz civarındadır. Plan yerlərinin artırılması sadə bir proses olmayıb, əmək bazarının real tələbləri əsasında müəyyən edilir. Bu məsələdə nə peşə təhsil müəssisələri, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyi özbaşına qərar qəbul edə bilməz. Bununla belə, sevindirici məqam odur ki, artıq peşə təhsilinə maraq ildən-ilə artmaqdadır. İnsanlar zəif özəl universitetlərdə perspektivsiz ixtisaslar oxumaqdansa, praktiki peşəyə üstünlük verirlər. Bu münasibətin formalaşması cəmiyyətimiz üçün mühüm nailiyyətdir və bu tendensiyanı zəiflətməmək vacibdir. Bu sahədə iki əsas məsələyə diqqət yetirilməlidir. Birinci, ümumi plan yerlərinin sayı daha da artırılmalıdır. İkinci, ödənişli və dövlət sifarişli yerlər arasındakı nisbətdə müəyyən güzəştlər edilməlidir. Təəssüf ki, hazırda dövlət sifarişli yerlərdən daha çox ödənişli yerlər mövcuddur. Halbuki, peşə təhsilinə üz tutanların əksəriyyəti sosial baxımdan aztəminatlı təbəqədən olan insanlardır. Onların övladlarının heç olmasa bir peşə sahibi olması mühüm əhəmiyyət kəsb edir. Xüsusilə yüksək peşə dərəcəsi üzrə bəzi ixtisaslarda təhsil haqqının çox yüksək olması ciddi narazılıq yaradır. Elə hallar var ki, bu məbləğ dövlət və ya özəl universitetlərin illik təhsil haqqını da üstələyir. Məsələn, 2000–3000 manatdan yuxarı illik təhsil haqqı tələb olunan peşə ixtisasları mövcuddur. Əgər məqsədimiz cəmiyyəti peşə təhsilinə yönləndirmək idisə və artıq müəyyən qədər buna nail olmuşuqsa, bu istiqamətdə süni maneələr yaradılmamalıdır. Cəmiyyət nümayəndələri olaraq biz bu narahatlığı dilə gətirməliyik. Çünki çoxsaylı valideynlər sosial şəbəkələr və digər vasitələrlə müraciət edərək narazılıqlarını bildirirlər. Bəziləri qeyd edirlər ki, ümidləri yalnız peşə məktəblərinə idi, lakin yüksək təhsil haqqı səbəbindən övladlarını ora yönləndirmək imkanları yoxdur. Halbuki bu vətəndaşlar da ölkənin bərabərhüquqlu üzvləridir və onların da övladlarının peşə öyrənmək və gələcək əmək bazarında özlərinə yer tapmaq hüququ var. Ona görə də bütün peşələr üzrə ucdantutma yüksək məbləğdə təhsil haqqı müəyyənləşdirmək doğru yanaşma deyil. Əks halda gənclər yenidən dəyərsiz ixtisasları seçərək formal ali təhsilə yönələ bilərlər. Əgər məqsədimiz real əmək bazarının tələblərinə uyğun peşə kadrları hazırlamaqdırsa, bu istiqamətdə müəyyən güzəştlərin edilməsi zəruridir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Avqust 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri