Icma.az
close
up
RU
Peşə təhsilində illik təhsil haqlarının həddindən artıq artırılmasının qəti əleyhinəyəm Ekspertdən ETİRAZ

Peşə təhsilində illik təhsil haqlarının həddindən artıq artırılmasının qəti əleyhinəyəm Ekspertdən ETİRAZ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Peşə təhsilində illik təhsil haqlarının həddindən artıq artırılmasının qəti əleyhinəyəm. Biz bir tərəfdən çalışırıq ki, peşə təhsili müəssisələrinə müraciət edənlərin sayını artıraq. Hətta yeni-yeni bu sahəyə maraq yüksəlməyə başlayıb, tələbə sayı 30 mindən yuxarı qalxıb. Hazırda ölkədə, səhv etmirəmsə, 78 peşə təhsili müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrdə 152 ixtisas üzrə tədris aparılır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri peşə təhsilində illik ödənişlərin çox olması haqqında danışarkən bildirdi.

"Son illərdə, xüsusən də son iki ildə biz bu sahədə tələbə artımına nail olmuşuq. Əgər məqsədimiz peşə təhsilini daha cəlbedici etmək, əmək bazarının ehtiyaclarına uyğun kadrlar hazırlamaqdırsa, təhsil haqlarının bu qədər artırılması nə dərəcədə doğrudur? Bəli, başa düşürəm ki, bahalaşma əsasən yüksək texniki peşə sahələrinə aiddir".

Ekspert qeyd etdi ki, peşə təhsili müxtəlif mərhələlərə bölünür:

"İlkin peşə, texniki peşə və yüksək texniki peşə. Hal-hazırda ilkin və texniki peşə sahələrində təhsil haqları qənaətbəxşdir və bu, müsbət haldır. Amma yüksək texniki peşəyə də ciddi ehtiyacımız var.

Təbii ki, bu sahələrdə tədris xərcləri çoxdur. Məsələn, Koreya standartlı peşə təhsil mərkəzləri xüsusi avadanlıq və infrastruktur tələb edir. Bu halda müəyyən təhsil haqqının tətbiq olunması başa düşüləndir. Ancaq qiymətlərin birdən-birə ikiqat artırılması, açıq desək, doğru deyil. Əgər biz bu sahəni inkişaf etdirmək istəyiriksə, onu daha əlçatan etməliyik. Əks halda, peşə təhsilinə xüsusən də yüksək texniki peşə sahəsində maraq azalacaq",- deyə müsahibimiz vurğuladı.

Xədicə BAXIŞLI
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Avqust 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri