Peşə təhsilinə 28 mindən çox tələbənin qəbulu nəzərdə tutulur
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"2026/2027-ci tədris ili üzrə 28 140 tələbənin peşə təhsilinə qəbul olunması hədəflənir".
Moderator.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, 2020-ci ildən etibarən peşə təhsilinə qəbul olunanların sayı 90% artıb:
"2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yeri ayrılıb. Ayrılmış plan yerlərinin 3 000-i ilk peşə təhsili səviyyəsinə, 27 260-ı texniki peşə təhsili, 2 860-ı yüksək texniki peşə təhsilinə aiddir. Yeni tədris ili üzrə 28 140 tələbənin qəbul olunması hədəflənir".
İ.Bayramlı qeyd edib ki, qəbul planının 74%-ni (24 425 yer) dövlət sifarişli yerlər təşkil edir:
"Dövlət sifarişli plan yerlərinin sayı son 4 ildə 52 % artıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 23 İyul 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















