“PeşəCar” layihəsi Kürdəmirdə Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “PeşəCar” layihəsi üzrə növbəti klaster müəssisə istifadəyə verilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, Kürdəmir rayonunda yaradılan yeni müəssisə özünüməşğulluq proqramı çərçivəsində avtomobil təmiri sahəsi üzrə aktivlərlə təmin olunmuş şəxslərin eyni məkanda birgə fəaliyyəti üçün nəzərdə tutulub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istifadəyə verilmiş müəssisədə avtorəngsaz, avtotəmizləmə, avtorazval, avtodəmirçi, avtoçilingər, avtomobil şinlərinin bərpası və təmiri üzrə xidmətlər göstəriləcək.
Qeyd edək ki, “PeşəCar” layihəsi çərçivəsində ilk klaster müəssisə ötən il Oğuz rayonunda istifadəyə verilib.
https://bax.tv/sosial-xeberler/pesecar-layihesi-kurdemirde-227627
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 07 Oktyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















