Icma.az
close
up
RU
Peşəkarlıq süzgəcindən KEÇMƏK Musiqi müəllimlərinin attestasiyasının ƏHƏMİYYƏTİ

Peşəkarlıq süzgəcindən KEÇMƏK Musiqi müəllimlərinin attestasiyasının ƏHƏMİYYƏTİ

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin ilk rübündə Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə attestasiya keçirilib.


Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası niyə vacibdir?
 

Attestasiya prosesi musiqi və incəsənət məktəblərində tədrisin keyfiyyətinə sistemli şəkildə yanaşmağın vacibliyini bir daha gündəmə gətirib. Müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə həyata keçirilən bu proses bir tərəfdən tədris sistemindəki problemləri üzə çıxardı, digər tərəfdən isə yüksək potensiallı müəllimlərin mövcudluğunu təsdiqlədi.

Musiqi məktəblərində çalışan fortepiano müəllimlərinin attestasiyası xüsusilə əhəmiyyət kəsb edir. Çünki fortepiano müəllimlərinin orta hesabla 40 illik fəaliyyətləri dövründə 100-120, nəzəriyyə müəllimləri isə 480-500 məzun yetişdirirlər.

Bu rəqəmlər hər bir müəllimin tədris keyfiyyətinin gələcək nəsillər üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Təəssüf ki, peşəkarlıq səviyyəsi aşağı olan müəllimlər, bu müddət ərzində yüzlərlə şagirdin inkişafına mənfi təsir göstərməklə yanaşı, uzunmüddətli problemlərin də əsasını qoyurlar.

Attestasiyadan müsbət nəticə əldə edənlər
 

Bakı və Abşeron-Xızı regionlarında 47 məktəbdən 1759 müəllim attestasiya prosesinə cəlb olunub. Bu, əsasən fortepiano və musiqi nəzəriyyəsi müəllimlərini əhatə edib. 2025-ci ilin fevral-mart aylarında keçirilən attestasiya nəticəsində 1183 müəllim yüksək qiymətləndirilib. Attestasiya zamanı 650 nəfər, başqa sözlə hər üç müəllimdən biri, ən yüksək nəticə ilə - 5 komissiya üzvünün hər birinin müsbət qiyməti ilə attestasiya prosesindən uğurla keçib.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi, 2 saylı Rəşid Behbudov adına incəsənət məktəbin müəllimlərinin böyük əksəriyyəti attestasiyanı uğurla başa vurublar.
 

Attestasiya prosesinin ilk mərhələsində iştirak edən 47 məktəbdən 15 məktəbin müəllimlərinin 90%-dən çoxu attestasiyada uğur qazanıb. Son illər ərzində müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək işə qəbul olan müəllimlərin hamısı attestasiyadan uğurla keçib.

Uğur qazanmayan kimlərdir?
 

Müəllimlərin sertifikasiyaya cəlb olunması və nəticələri həmişə cəmiyyəti maraqlandırıb. Çünki istər elm, istərsə də incəsənət sahəsi olsun, gələcəkdə bu peşələrə yiyələnməyin yolu öyrədənlərin bilik və bacarığından, peşəkarlığından keçir. Musiqinin bayağılaşdığı dönəmdə peşəkarların kadr hazırlanması musiqi mədəniyyətinə töhfədir.

Ona görə də musiqi və incəsənət məktəblərində illər əvvəl qeyri-qanuni fəaliyyət göstərən “orta və ali təhsil” müəssisələrinin məzunu olmuş saxta diplomlu müəllimlərin də süzgəcdən keçirilməsi vacibdir.


Təəssüf ki, attestasiyada 492 müəllim komissiyaların qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. İmtahanda uyğun nəticə göstərə bilməyən müəllimlərin 86 faizi orta ixtisas müəssisələrinin məzunlarıdır. Bu müəllimlərin təkcə 300 nəfəri iki kollecin payına düşür: 135 nəfəri vaxtilə Asəf Zeynallı adına adlandırılan Bakı Musiqi kolleci və 165 nəfəri isə Sumqayıt Musiqi kollecinin məzunlarıdır.

Attestasiyadan keçə bilməyənləri nə gözləyir?
 

Attestasiya nəticəsində tutduğu vəzifəyə uyğun hesab edilməyən 492 müəllimdən 37 nəfərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən xitam verilməyəcək.
 

112 nəfər müəllim üçün isə faktiki olaraq ikinci şans yaradılıb. Onlar 2 lehinə və 3 əleyhinə səslə qiymətləndirildiyi üçün təlimlərə cəlb olunacaqlar. Üstəlik, həmin müəllimlər müəyyən müddətdən sonra keçiriləcək imtahandan uğurla keçərlərsə, yenidən işə qəbul olunacaqlar. Təxminən 300 nəfər müəllim isə MİQ imtahanlarında iştirak edərək daha yüksək nəticə göstərməklə təkrarən tədris sisteminə daxil olmaq imkanına malikdirlər.

Digər müsbət məqam isə təcrübəli müəllimlərlə bağlıdır. Belə ki, 60 yaşdan yuxarı və ya sağlamlıq imkanları məhdud olan müəllimlərə alternativ iş yerləri təklif olunacaq. Bundan əlavə, yerli mədəniyyət idarələri nəzdində xüsusi komissiyalar vasitəsilə uyğun olmayan nəticə göstərmiş müəllimlərlə fərdi iş aparılacaq.


Nəticələr nəyi sübut etdi?
 

Attestasiya prosesi göstərdi ki, musiqi və incəsənət təhsilində sistemli keyfiyyət nəzarəti olduqca vacibdir. Bu, yalnız bir yoxlama mexanizmi deyil, həm də uzunmüddətli inkişaf üçün yol xəritəsidir. Güclü müəllim heyəti olmadan güclü təhsil sistemi mümkün deyil. Bu səbəbdən şəffaflıq, obyektivlik və inkişaf yönümlü yanaşma ilə aparılan attestasiya prosesi, musiqi mədəniyyətimizin sabahı naminə mühüm addım olaraq qiymətləndirilməlidir.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Aprel 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri