Icma.az
close
up
RU
Peyvənd imtinası təhlükəli nəticələr doğura bilər XƏBƏRDARLIQ

Peyvənd imtinası təhlükəli nəticələr doğura bilər XƏBƏRDARLIQ

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uşaqlarda güclü immun sisteminin təməli körpəlik dövründə qoyulur. Ana südü, vaxtında verilən əlavə qidalar və düzgün tətbiq olunan peyvəndlər bu təməli formalaşdırmaqda böyük rol oynayır. Bu üç faktor bir-birini tamamlayır, hər hansı birinin çatışmazlığı uşağın infeksiyalara qarşı müdafiəsini zəiflədə bilər. Ana südü ilə qidalanan körpələrin infeksiyalara yoluxma riski daha azdır, lakin təkcə ana südü yoluxucu xəstəliklərə qarşı kifayət qədər qoruyucu deyil.

Pravda.az bildirir ki, yoluxucu xəstəliklərin yaratdığı ölüm və əlilliyin qarşısını almaqda peyvəndin mühüm rolu var.

Peyvənd yalnız xəstəliklərdən qorumur, eyni zamanda epidemiyanın qarşısını alır

Körpə və uşaqları xəstəliklərdən və müxtəlif infeksiyalardan qorumağın ən təsirli yollarından biri peyvənddir. Üstəlik, peyvənd yalnız fərdi qoruma təmin etmir, həm də cəmiyyətdə yoluxucu xəstəliklərin yayılmasının qarşısını alır. Buna baxmayaraq, hər il dünyada peyvəndlə qarşısı alına bilən xəstəliklərdən təxminən 1 milyon 700 min insan həyatını itirir. Peyvəndlə qorunan uşaqlarda xəstəlik, əlillik və ölüm halları minimuma enir. Tüberküloz, difteriya, tetanus, poliomielit, qızılca və Hepatit B kimi xəstəliklərə qarşı peyvəndlərin vaxtında və düzgün tətbiqi bu təhlükələrin qarşısını alır.

Körpənin ən böyük müdafiəsi: ana südü və peyvənd

Yeni doğulmuş körpələr doğuş zamanı analarından aldıqları antikorlarla bir müddət qorunurlar. Lakin bu passiv immunitet zamanla azalır və tamamilə yox olur.

“Yoluxucu xəstəliklər ölümcül deyil, peyvəndə ehtiyac yoxdur” fikri təhlükəlidir

Son illərdə həm Azərbaycanda, həm də dünyada peyvəndə qarşı yanlış düşüncələr artır. Əksər yoluxucu xəstəliklər bəzi hallarda ölümə səbəb ola bilər. Araşdırmalar göstərir ki, son 10 ildə valideynlərin yanlış peyvənd qərarları səbəbindən yoluxucu xəstəliklərə tutulan uşaqların sayı artmaqdadır. Valideynlər bilməlidirlər ki, peyvəndin məqsədi orqanizmə xəstəlik törədicisinin zəiflədilmiş və ya ölü forması verilərək, immunitetin onu tanımasını və gələcəkdə qoruyucu reaksiya göstərməsini təmin etməkdir. Xəstəliklər tam yoxa çıxmadığı müddətcə peyvənddən imtina etmək həm səhv, həm də təhlükəli yanaşmadır.

Azərbaycan üzrə uşaq peyvənd təqvimi

Doğumdan dərhal sonra (ilk 12 saat ərzində):

Hepatit B (Hep B1) – Qaraciyər infeksiyalarına qarşı qoruyucu peyvənd.

4–7-ci günlərdə:

BCG (verem peyvəndi) – Sol çiyin dərialtı.

OPV (oral poliomielit peyvəndi) – Ağızdan tətbiq olunur.

2 aylıqda:

HİB (Beşli peyvənd – difteriya, tetanus, boğmaca, hepatit B, hemofil infeksiyası)

OPV (poliomielit)

Pnevmokok (PKV1) – Pnevmokok infeksiyalarına qarşı.

3 aylıqda:

Beşli peyvəndin təkrarı (HİB 2)

OPV

4 aylıqda:

Beşli peyvəndin 3-cü dozası (HİB 3)

OPV

Pnevmokok (PKV2)

6 aylıqda:

Pnevmokok (PKV3)

12 aylıqda:

QPM (qızılca, parotit, məxmərək)

Vitamin A əlavəsi

18 aylıqda:

GDT (difteriya, boğmaca, tetanus)

OPV

Vitamin A əlavəsi

6 yaşında:

QPM (təkrar doza)

DT (difteriya və tetanus)

Vitamin A əlavəsi

Əminə Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Aprel 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see165

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see124

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see122

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see117

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see114

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see114

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see113

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see113

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see112

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see112

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see112

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see112

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see111

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see111

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri