Pezeşkian Rusiyaya söz verdi Şəxsən nəzarət edirəm (VİDEO)
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
"Moskva ilə Tehran arasında bütün razılaşmaların icrasına şəxsən nəzarət edirəm və istənilən maneənin aradan qaldırılması üçün bütün səyləri göstərməyə hazırsm".
"Unikal" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
Görüş Çinin Tiancin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.
“Mən şəxsən tərəflərimiz arasında əldə olunmuş bütün razılaşmaların icrasına nəzarəti öz üzərimə götürmüşəm və əlbəttə ki, bu yolda hər hansı maneənin aradan qaldırılması üçün səy göstərəcəyəm”, - İran lideri qeyd edib.
Pezeşkian vurğulayıb ki, Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin qüvvəyə minməsi ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm amil olacaq.
"Mən sizin fikrinizi tam şəkildə bölüşürəm ki, bizim əsas sazişin qüvvəyə minməsi ölkələr arasında ticarət dövriyyəsinin artmasına, eləcə də bütün sahələrdə əlaqələrimizin genişlənməsinə kömək edəcək. Bu sənəd İran parlamentində kifayət qədər yaxınlarda ratifikasiya olunub", - deyə o bildirib.
Bundan əlavə, İran prezidenti İran və Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət sazişini yüksək qiymətləndirərək, bunun əməkdaşlığın inkişafı üçün əlavə stimul olacağını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 01 Sentyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















