Icma.az
close
up
RU
Pivənin güdazına gedən cinayətkar dəstə Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə Stadionlar niyə nəzarətə götürülmüşdü?

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az mərhum jurnalist, araşdırmaçı İlham Cəmiloğlunun "Nümunəvi cinayətkarlar" yazısını təqdim edir.

Müharibədən sonrakı dövrdə, 1950-1953-cü illərdə silsilə cinayətlər, qətl və qarətlər törədən cinayətkar dəstənin uzun müddət izinə düşmək mümkün olmayıb. Oxşar cinayətlər Moskvanın ərazisində törədilib. Dəstənin ilk cinayəti 1 fevral 1950-ci ildə qeydə alınıb.
Həmin gün ərzaq mağazasından 34 min pul oğurlanmış, müqavimət göstərmək istəyən satıcı isə tapança ilə qətlə yetirilmişdi.

Hadisədən heç bir ay keçməmiş Moskvanın Tmiryazev rayonunda iki nəfər dəstə üzvü sənaye malları mağazasında soyğun törədib. Onlar əvvəlcə özlərini kassirə dövlət təhlükəsizlik orqanlarının əməkdaşları kimi təqdim ediblər. Təsadüfən mağazada olan sahə müvəkkili və milis nəfəri mülki geyimdə olan bu şəxslərdən şübhələniblər, onlardan sənəd tələb ediblər. Sənədin əvəzində həmin iki nəfər tapança çıxararaq milis əməkdaşlarını qətlə yetirib. Mağazadan 68 min rubl pul aparılıb. Cinayətkarları bu dəfə də yaxalamaq mümkün olmayıb.

3-4 aylıq fasilədən sonra dəstə öz fəaliyyətini “istirahət” saatlarında davam etdirib. “Yaşıl Dunay” restoranında yeyib-içdikdən sonra dəstə üzvlərindən biri kassirə yaxınlaşaraq pulları tələb edib. Həmin vaxt milis leytenantı Mixail Biryukov həyat yoldaşı ilə restoranda ad gününü qeyd edirmiş və o, cinayətkarlara mane olmaq istəyəndə güllələnib. Restoranda istirahət edən daha bir nəfər də atışma nəticəsində həlak olub. Dəstə üzvləri bu dəfə də kassanın bütün pullarını götürərək aradan çıxıb.

Beləliklə, oxşar hadisələr üç il ərzində davam edib, bu müddət ərzində cinayətkar dəstə 11 nəfəri qətlə yetirib, 23 nəfəri odlu silahla yaralayıb, 32 soyğunçuluq hadisəsi törədib, 300 min rubldan artıq pul qarət olunub. Maraqlı məqam odur ki, dəstə öz işini elə “peşəkarlıqla” görüb ki, peşəkar əməliyyatçılar cinayətin izinə düşə bilməyiblər.

Növbəti cinayət hadisəsi isə ölkənin birinci şəxsinin, az qala, gözlərinin önündə, Kuntsevoda, İosif Stalinin bağından çox da uzaq olmayan ticarət mərkəzində baş verib. Mərkəzin direktoru cinayətkarlara müqavimət göstərməyə cəhd etmiş, onlarla əlbəyaxa davaya girişib və elə həmin dəqiqə də tapança ilə qətlə yetirilib. Dəstə bu dəfə də pulları götürüb hadisə yerindən uzaqlaşa bilib.

Qətllərlə müşayiət olunan hadisələrin gedişi Mərkəzi Komitədə ciddi narahatlıq yaradıb. Stalin hüquq-mühafizə orqanlarının və Moskva rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Hadisələr haqqında ilk olaraq həmin dövrdə Moskva vilayət Partiya Komitəsinin birinci katibi Nikita Xruşşov məruzə edib. Stalin onun məruzəsini yarımçıq kəsib:

- Bütün bu faktlar onu göstərir ki, şəhərin müvafiq qurumlarına partiya nəzarəti sıfır səviyyəsindədir və onlar öz işlərinin öhdəsindən gəlmək gücündə deyillər. Bu hadisələr həm də şəhər milisinin qeyri-peşəkarlığının göstəricisidir.

Stalin Xruşşovu bir neçə dəqiqə danladıqdan sonra öz qərarını verib:

- Mən bu işi, cinayət hadisələrinin araşdırılmasını və açılmasını ittifaqmiqyaslı qurumlara həvalə edirəm. Moskva rəhbərliyi isə qoy istirahətlərini davam etdirsinlər. Dəstə üzvləri bir gün onların da qapısını döyəcək.

Bununla da baş verən cinayət hadisələri ilə şəhərin hüquq-mühafizə orqanları deyil, birbaşa ittifaqmiqyaslı müvafiq nazirliklər məşğul olmağa başlayıblar.

Dəstə növbəti dəfə Moskanın Mıtişi rayonundakı əmanət kassasını hədəf seçib. Dəstə üzvləri içəri daxil olaraq giriş qapısını bağlayıblar. İçəridəkilərin hamısına döşəmədə uzanmaq əmri verilib. İşçilərdən biri çeviklik göstərərək milis bölməsi ilə əlaqəsi olan “həyəcan düyməsi”ni basmağa macal tapıb. Dərhal milis bölməsindən zəng gəlib. Dəstəyi dəstənin üzvlərindən biri qaldırıb. Növbətçi milis “bura əmanət kassasıdırmı” sualını verəndə, dəstə üzvü “xeyr, bura stadiondur” deyə cavab verərək dəstəyi yerə qoyub. Əmanət kassasından 130 min rubl götürən dəstə bu dəfə də aradan çıxa bilib.

Hadisədən dərhal sonra yeddi saat davam edən birgə əməliyyat müşavirəsi keçirilib. Müşavirədə telefona cavab verən dəstə üzvünün “stadion” ifadəsi diqqəti cəlb edib. Əvvəlki törədilmiş cinayət hadisələrinə bir daha nəzər salınıb. Məlum olub ki, cinayət hadisələrinin əksəriyyəti stadionlara yaxın yerlərdə baş verib. Belə qənaətə gəlinib ki, dəstə üzvlərinin stadionla, idmanla hansısa bir əlaqəsi var. Beləliklə, Moskvanın və şəhərin bütün rayonlarının stadionları nəzarətə götürülüb, stadionlara gəlib-gedənlərin kimliyi izlənilib, kiçicik bir şübhəli hərəkət ciddi yoxlanılıb.

Nəhayət, Krasnoqorsk rayonundakı stadionda adi bir tədbirdən sonra baş verən hadisə əməliyyatçıların diqqətindən yayınmayıb.
Belə ki, stadionun girişində dayanan gənc oğlan satıcıdan bir çəllək pivə alır və pivəni tədbirdən çıxanlara pulsuz paylayırmış. Müharibədən sonrakı dövrdə, dolanışığın çətin olduğu bir vaxtda bu gənc oğlanın “səxavəti” təbii ki, şübhələrə səbəb olub.
Əməliyyatçılar onu sorğu-suala tutmağa tələsməyiblər. Dəstənin ən gənc üzvlərindən biri olan Vyaçeslav Lukin hüquq-mühafizə orqanları tərəfindən izlənməyə başlanıb və o, dəstənin digər üzvləri ilə görüşəndə yaxalanıb. Elə ilk sorğu-sualda bütün məsələlərə aydınlıq gətirilib. Müstəntiqlər cinayəti sübut etməkdə çətinlik çəkməyiblər. Dəstə üzvləri törətdikləri cinayəti etiraf ediblər.

Məhkəmənin hökmü ilə dəstənin başçıları İvan Mitin və Aleksandr Samarin ən ağır cəzaya, ölüm hökmünə məhkum edilərək Butırka türməsində güllələniblər. Daha 12 nəfər isə 10, 15 və 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Maraqlı faktlardan biri isə odur ki, dəstənin üzvləri heç də peşəkar cinayətkarlar deyil, işlədikləri kollektivdə və ailədə nümunəvi tanınan idmançı, tələbə və müdafiə sənayesi zavodunun işçiləri olub.

Məşhur serialda Azərbaycan mahnısı səsləndirildi Həyat yoldaşı "Toppuş bacı"dan qalan əşyaları paylaşdı XIV Antalya Kitab Sərgisi keçiriləcəyi tarix məlum oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see295

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see196

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see194

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see181

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see150

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see149

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see131

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see127

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see123

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see117

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri