Polina Rəhimova klub karyerasını Azərbaycanda başa vuracaq ÖZƏL
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın titullu voleybolçusu Polina Rəhimova klub karyerasının son mövsümünü Azərbaycanda keçirəcək.
İdman.Biz-in əldə etdiyi məlumata görə, Rəhimova klub karyerasında sonuncu komanda kimi “DH Volleyi” seçib.
Voleybolçu uzun illər ərzində xarici klublarda çıxış edib. Rəhimova 2025-ci ilin mayında Yunanıstanın “Panionios” klubuna keçib. O, bu komanda ilə Yunanıstan Superkubokunu və ölkə kubokunu qazanıb.
İdmançının sonuncu Azərbaycan klubu 2007-2014-cü illərdə formasını geyindiyi “Azərreyl” olub.
Qeyd edək ki, Azərbaycan millisinin lideri Bakıda keçiriləcək Avropa çempionatında iştirak etmək üçün yığmanın düşərgəsinə qoşulub. Rəhimova bu turnirin onun milli komandadakı sonuncu yarışı olacağını açıqlayıb.
Voleybolçu daha əvvəl 2025/26 mövsümünün klub karyerasında sonuncu olacağını da bildirmişdi. Lakin o, son klubunun adını açıqlamır, seçiminin sürpriz olacağını deyirdi.
Artıq Rəhimovanın son klubunun "DH Volley" olacağı məlumdur. Komanda Azərbaycan Yüksək Liqasının nisbətən yeni iştirakçısıdır. "DH Volley" ötən mövsüm çempionatda debüt edib və finalda “Turan”a uduzaraq gümüş medal qazanıb.
Yeni mövsüm öncəsi komandanın heyəti əhəmiyyətli dərəcədə yenilənib. “DH Volley”ə həmçinin yeni baş məşqçi – braziliyalı mütəxəssis Duda Nunes rəhbərlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 10 Avqust 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















