Polis Biləsuvarda 17 kq narkotik AŞKARLADI
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb.
DİN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.
Saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.
Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Həmin şəxsdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Qeyd edilib ki, son 10 gün ərzində Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlarla ümumilikdə 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 24 Sentyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















