Icma.az
close
up
RU
Politoloq: “Qafqaz Evi” planı ilə Azərbaycan bölgənin gələcək formatını müəyyənləşdirir

Politoloq: “Qafqaz Evi” planı ilə Azərbaycan bölgənin gələcək formatını müəyyənləşdirir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sülh sazişinin mətni hazırdır


ATƏT-in Minsk qrupuna son verilir, Bakı və İrəvan imzaya hazırlaşır



ABŞ paytaxtında nəzərdə tutulan üçtərəfli görüş - ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək sammit - yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə beynəlxalq diplomatik sistem üçün test xarakteri daşıyır. Açıqlamalara görə, sammitdə sülh sazişi, yaxud "niyyət protokolu" və ya "anlaşma memorandumu" imzalanacaq. Hazırkı mərhələdə Azərbaycanın sülh prosesində sərgilədiyi mövqe həm ardıcıl, həm də praqmatikdir. Bakı dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşdırılması üçün əsas olan beş prinsip üzərində razılığa gəlinməlidir. Bu prinsiplərin mərkəzində qarşılıqlı suverenliyin tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, daxili işlərə qarışmamaq və nəqliyyat kommunikasiyalarının açılması dayanır. Əgər Vaşinqton görüşündə imzalanacaq sənəd bu prinsipləri ehtiva edəcəksə, real nəticələr doğurması mümkündür. Ermənistan daxilində bu sammitə qarşı açıq və gizli müqavimət formalaşmaqdadır. Ermənistan cəmiyyətində və siyasi dairələrində “real sülh müqaviləsi” imzalanacağı təqdirdə bunun daxili siyasi partlayışa səbəb ola biləcəyi qorxusu var. Bu isə Paşinyan hökumətinin manevr imkanlarını məhdudlaşdırır və onu imitasiya xarakterli sənədlərlə kifayətlənməyə vadar edir.


Politoloq Oqtay Qasımov Sherg.az-a deyib ki, hazırda proseslər ümumən irəliyə doğru gedir. Ekspert xatırladıb ki, bu prosesin təməli mart ayında qoyulub:

 "O zaman Rusiyadan görüşdən qayıdan ABŞ Prezidenti D.Trampın xüsusi nümayəndəsi Bakıya səfər etdi və buradan Vaşinqtona uçdu. Ehtimal ki, proseslər məhz o zamandan ABŞ-nin diqqətindədir. Əbu-Dabi görüşündən sonra isə ABŞ prezidentinin senatorlarla görüşü zamanı səsləndirdiyi fikirlər də bunu göstərir. Tramp qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi çox yaxındır. Tramp bunu ABŞ-nin uğuru kimi dəyərləndirir. Həmçinin, özünün sülhpərvər missiyasını nümayiş etdirmək üçün növbəti bir münaqişədə vasitəçilik etməyə çalışır. Nəzərə alaq ki, Tramp indiyədək Rusiya-Ukrayna, İsrail-Həmas, o cümlədən Pakistan-Hindistan, Tayland-Kamboca arasında vasitəçiliklə məşğul olub. İki vasitəçilikdə Ağ Ev rəhbərinin müsbət vasitəçiliyi ortadadır. Hindistan-Pakistan konflikti və Tayland-Kamboca münaqişəsində məhz Trampın səyi nəticəsində dayandırıldı. Amma Rusiya-Ukrayna və İsrail-Həmas toqquşmalarında hələlik nəticələr yoxdur. Azərbaycan-Ermənistan arasında sülh istiqamətində ciddi məsafə qət edilib. Sülh sazişinin mətni razılaşdırılıb. Sadəcə olaraq onun imzalanması üçün Azərbaycanın irəli sürdüyü iki təklif yerinə yetirilməlidir".


Siyasi şərhçinin fikrincə, məhz bu təkliflərdən biri qəbul ediləcək və icraya yönəldiləcək: 

"Yəni tərəflər birgə ATƏT-in Minsk qrupundan çıxmaqla bağlı sənəd imzalayacaqlar. Bu, kifayət qədər ciddi məsələdir. Eyni zamanda dövlət başçıları sülh prosesini bəyan edəcəklər. Ərazi bütövlüyünə hörmət və suverenliyin qəbulu ilə bağlı açıqlamalar olacaq. Xüsusilə Zəngəzur dəhlizinin açılışı ilə bağlı atılacaq addımlar da önəmlidir. Məlumata görə, Ermənistan tərəfi ABŞ-yə məxsus şirkətin Zəngəzur dəhlizinə nəzarət etməsinə razılığını verib. Ümumiyyətlə, Vaşinqton görüşü çox əhəmiyyətlidir. Bu, həm də Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcı sayılır. Sülhün imzalanması bölgənin durumunu ciddi şəkildə dəyişəcək. Gələcəkdə Azərbaycanın təklif etdiyi formatda "Qafqaz Evi" ideyasının reallaşması, üç region ölkəsinin sıx əməkdaşlıq formatı ilə bağlı mərhələnin başlanması deməkdir. Şübhəsiz ki, bu prosesə mane olmaq istəyən dövlətlər də var. Rusiya Cənubi Qafqazdakı mövqelərinin itirilməsindən heç də məmnun deyil. Moskva hansısa formada prosesə mane olmağa, əngəl törətməyə çalışacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Avqust 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri