Icma.az
close
up
RU
Politoloq və yazıçı Heydər Camalın anadan olmasından 77 il ötür Xəbər saytı Son xəbərlər və Hadisələr

Politoloq və yazıçı Heydər Camalın anadan olmasından 77 il ötür Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün politoloq və yazıçı Heydər Camalın doğum günüdür. Onun anadan olmasından 77 il ötür.

Heydər Cahid oğlu Camal 1947-ci ilin 6 noyabrda Moskvada anadan olub. Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən ağdamlı olan H. Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir.

Heydər Camal 1965-ci ildə Şərq dilləri institutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub. 1966-cı ildə oğlu Orxan Camal dünyaya gəlib.

1970-ci illərdə Moskvada nonkonformist andeqraund hərəkatının liderlərindən birinə çevrilib. Bir sıra futuroloji xarakterli məqalə yazır və Sovet rejimini siyasi taleyini proqnozlaşdırır. Onun proqnozları özünü doğruldur.

1980-ci illərdə Tacikistanda yaşayır və burada İslamın paralel liderləri (sovet orqanları tərəfindən nəzarət edilməyən) ilə yaxınlaşıb.

1980-ci illərin sonunda Camal "Yaddaş" cəmiyyəti sıralarına daxil olur, mərkəzi şuraya seçilir. Amma bir il sonra təşkilatla bütün əlaqələrini kəsib.

1990-cı ildə Həştərxanda İslam intibah partiyasının qurulmasında iştirak edir və partiya sədrinin köməkçisi təyin edilir. Eyni ildə "Tövhid" informasiya mərkəzini qurur, 1991-ci ildə "Əl-Vəhdət" qəzetini nəşr edir. Qəzet 1993-cü ilə qədər fəaliyyət göstərib.

1992-ci ildə Ayətulla Xomeyninin oğlu Əhməd Xomeyni ilə əlaqə qurub.

Bu əlaqə 1994-cü ilə, yəni Əhmədin vəfatına qədər davam edib. Bu iki il ərzində Heydər dəfələrlə İrana səfər edir, Tacikistanda sülhü bərqərar etmək üçün sülh danışıqları aparıb, Rusiya mərkəzi telekanallarında yayımlanması nəzərdə tutulan və İrandan bəhs edən filmlər təşkil edib. Əhmədin ölümündən sonra İranın yüksəkçinli rəhbərləri ilə əlaqələr qurur. Bu sıraya İranın xarici işlər naziri Vilayəti, parlament spikeri Natiq-Nuri, "İran İslam inqilabı keşikçiləri korpusu"nun liderləri daxil idi.

1992-ci ildən Sudanın ali dini lideri Həsən ət-Turabi ilə ideoloji sahədə münasibət yaranıb. Heydər və Həsənin ilk tanışlığı birinci Hartum konfransında baş tutub. Bu konfransa dünyanın bütün müsəlmanları dəvət edilmişdi. Növbəti il Heydər Camal Hartum konfransının ali prezidiumuna seçilib. Əvvəlcə bu qurumun rəsmi adı Ərəb İslam Xalq Konfransı olsa da, Camalın təklifi ilə ərəb sözü ləğv edilərək İslam Xalq Konfransı kimi qalıb. Amerika Sudana raket zərbəsi endirənə qədər bu konfranslar davam edir və Heydər Camal qurumun aparıcı liderlərindən birinə çevrilib.

Avropanın müsəlman intellektualı "İslam-Avropanın şansı" konfransında Camalın təşəbbüslərini dəstəkləyirlər. Bu konfrans Klaudio Mutti tərəfindən təşkil edilmişdi. Konfransda çıxış edən Heydər Camal müsəlmanların beynəlxalq siyasi təşkilatının qurulmasını təklif edib. Təşkilatın məqsədi Avropa qitəsini Amerikanın hərbi, iqtisadi və siyasi ekspansiyasından qorumaq idi.

1993-1996-cı illər arasında Heydər Camal İslam problemlərinə həsr edilmiş bir sıra televiziya proqramlarının aparıcısı olub. 1997-ci ilddə o dövrdə İstanbulda bələdiyyə sədri olan Ərdoğanla siyasi islamın taleyini müzakirə edib. 1998-ci ildə Cənubi Afrika Respublikasında mühazirələr söyləmək üçün dəvət edilib. Keyptaun universitetinin fəxri doktoru adına layiq görülür. 1999-cu ildə Sankt-Peterburqda keçirilən "Pravoslav-İslam" konfransında İslamın və Pravoslavlığın strateji əməkdaşlığının mümkünlüyü barədə tezis irəli sürür. Eyni ilin sonlarında parlament seçkilərində iştirak edib.

2000-ci ildə Rusiya rəhbərliyinin Məhəmməd Hatəminin rəhbərlik etdiyi iran mollalarının demokratik bloku ilə yaxınlaşmasının əleyhinə çıxıb. 2001-ci ildə Heydər Camal siyasi İslamın Qərb anti-qlobalistləri ilə qarşılıqlı münasibəttlərinə aid irimiqyaslı layihə işləyib. Heydər Camal 35 il ərzində zülmün istənilən formasına qarşı mübarizə aparıb. Son 10 ildə radikal müxalifətdə təmsil olunub.

Heydər Camal Rusiyanın ən savadlı politoloqlarından və ideoloqlarından biri idi. O, qəti mövqeyinə, prisipinə görə hörmət qazanmış şəxsiyyət idi. Rusiya ictimai rəyində Dağlıq Qarabağ problemini obyektiv, ədalətli müdafiə edən, hər cür erməni uydurmalarına qarşı yerində və tutarlı cavab verən, kifayət qədər prinsipial və vətənpərvər mövqe sərgiləmişdir. Rusiya sistemində müsəlmanların hüquqlarının qorunması üçün fəlsəfi görüşlərini irəli sürən və bu işə olduqca səviyyəli təqdimat verməyi bacaran, Rusiya elitasında sayılıb-seçilən biri idi. Onun fikirlərinə kifayət qədər hörmətlə və ciddi yanaşılırdı. O, Rusiya və dünya siyasətçiləri yanında böyük hörmət və nüfuza malik idi.

Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-inə keçən gecə Alma-Ata şəhərində vəfat edib. O, burada onkoloji xəstəlikdən müalicə alıb. Hələ sağlığında vəsiyyət edib ki, harada vəfat edərsə, orada da dəfn etsinlər.

Onun vəsiyyətinə əməl olunub və Alma-Atada dəfn edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Noyabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri