Polşa klubu millimizin üzvünə vaxt verdi əsas komandanın məşqlərindən uzaqlaşıdırıla bilər
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov çıxılmaz vəziyyətdə qalıb.
Sportal.az saytına verilən məlumata görə, "Motor"un bu qış yollarını ayırmaq istədiyi Dadaşov özünə komanda tapa bilmir.
Meneceri onu bir neçə kluba təklif etsə də, heç kim Renatla müqavilə imzalamağa müsbət yanaşmayıb.
Bəzi klublar onun transferində maraqlı olmayıb, digər klublar isə maaş məsələsini problem kimi göstərərək təklifdən imtina edib.
"Motor" isə millimizin forvardına əsas komandada məşq etmək üçün icazə verib. Lakin ona vaxt veriblər ki, özünə komanda tapsın. Çünki klub ona etimad göstərmir və Dadaşovun əvəzinə başqa forvardı komandaya cəlb edərək, sifariş etmək niyyətindədirlər.
Ən pis halda, Dadaşov onun marağında olan klublara icarəyə göndərilə bilər. Renatın "Motor"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















