Icma.az
close
up
RU
Polşa Ukraynaya qarşı kütləvi Rusiya zərbəsinə görə qırıcıları havaya qaldırdı

Polşa Ukraynaya qarşı kütləvi Rusiya zərbəsinə görə qırıcıları havaya qaldırdı

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Ukraynaya qarşı həyata keçirilən kütləvi Rusiya hücumu səbəbindən Polşa hərbi aviasiyanı havaya qaldırıb. Hərbçilər hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemlərini döyüş hazırlığı vəziyyətinə gətiriblər. 

Qaynarinfo xəbər verri ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyasının Ukrayna ərazisində yerləşən obyektlərə zərbələr endirməsi ilə əlaqədar Polşanın hava məkanında hərbi aviasiya fəaliyyət göstərir. Mövcud prosedurlara uyğun olaraq, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanı onun sərəncamında olan zəruri qüvvə və vasitələri cəlb edib. Qırıcılar havaya qaldırılıb, yerüstü hava hücumundan müdafiə və radiolokasiya tanınma sistemləri isə yüksək hazırlıq vəziyyətinə gətirilib", deyə idarə səhər saat yeddi radələrində qeyd edib.

Bəyanatda əlavə olunub ki, bu cür addımlar preventiv xarakter daşıyır və hava məkanının təhlükəsizliyini və qorunmasını təmin etməyə yönəlib, xüsusilə də həssas ərazilərə yaxın bölgələrdə.

"Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı mövcud vəziyyəti monitorinq edir və tabeliyində olan qüvvə və vasitələr dərhal reaksiyaya hazır vəziyyətdə qalır”, deyə qurum vurğulayıb.

Qeyd edək ki, bu gün, 29 noyabrda, Rusiya Kiyevi kütləvi şəkildə atəşə tutub. Bildirilir ki, hücum nəticəsində iki nəfər həlak olub, 29 nəfər yaralanıb.

Həmçinin atəş nəticəsində paytaxtın qərb hissəsi elektrik enerjisiz qalıb. Energetiklər enerji təchizatının bərpası üzərində işləyəcəklər.

Bundan başqa, düşmən Kiyev vilayətinə də hücum edib, nəticədə bir çox rayonlarda dağıntılar var və yaralananlar mövcuddur. Hücum nəticəsində Fastov şəhəri də müvəqqəti olaraq işıqsız qalıb.

"Kritik infrastruktur burada hazırda ehtiyat enerji təchizatına keçib. Su təchizatı, kanalizasiya, qaz təchizatı və rabitə sistemləri işləyir. "Sarsılmazlıq məntəqələri” fəaliyyətə hazırdır”, deyə Kiyev vilayət administrasiyasının rəhbəri Nikolay Kalaşnik qeyd edib.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri