Icma.az
close
up
RU
Azərbaycan Suriya münasibətləri: Postmünaqişə diplomatiyasının strateji xətti

Azərbaycan Suriya münasibətləri: Postmünaqişə diplomatiyasının strateji xətti

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət strategiyası həm məzmun, həm də miqyas baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra ölkə beynəlxalq münasibətlər sistemində daha fəal və təşəbbüskar mövqe ilə çıxış edir. Yeni dövrdə diplomatiya daha çevik, daha dəqiq və strateji baxımdan daha irəlicə düşünülmüş xətt üzrə inkişaf etdirilir.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Yaxın Şərq ölkələri ilə, xüsusilə də Suriya ilə münasibətlərində müşahidə olunan intensivlik bu yeni mərhələnin mühüm göstəricilərindəndir:

"Postmünaqişə dövründə ölkəmiz regionun əsas güc mərkəzlərindən biri kimi formalaşır və bununla yanaşı, qonşu bölgələrdə sabitliyin dəstəklənməsinə yönəlmiş konstruktiv siyasət yürüdür. Suriya ilə qurulan yeni əməkdaşlıq formatı da bu yanaşmanın bariz nümunəsidir", – deyə deputat vurğulayıb.

Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan və Suriya liderləri arasında ilk əhəmiyyətli təmas Antalyada keçirilən beynəlxalq forum çərçivəsində baş tutub. Bu görüş sadəcə tanışlıq xarakteri daşımayıb, eyni zamanda Azərbaycanın Suriyanın gələcəyi ilə bağlı tərəfdaşlığa açıq olduğunu nümayiş etdirən diplomatik mesaj olub.

"Azərbaycan Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkənin suverenliyini və ərazi bütövlüyünü tanıyan ilk ölkələrdən biri kimi çıxış etdi. Bu, Azərbaycanın beynəlxalq hüquqa söykənən prinsipial mövqeyinin təzahürüdür və Yaxın Şərqdə artan nüfuzunu göstərir", – parlamentari bildirib.

O qeyd edib ki, Suriyada uzun illər davam edən münaqişədən sonra bərpa və yenidənqurma məsələləri beynəlxalq gündəmin əsas mövzularındandır:

"Azərbaycanın Qarabağda həyata keçirdiyi irimiqyaslı yenidənqurma təcrübəsi bu sahədə ölkəmizi unikal tərəfdaşa çevirib. Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Suriyaya səfəri də məhz bu təcrübənin bölüşdürülməsi və əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məqsədini daşıyırdı".

Deputat vurğulayıb ki, səfər zamanı infrastrukturun bərpası, sosial layihələr və texniki yardım məsələləri gündəmə gətirilib:

"Azərbaycan bu sahədə həm maliyyə, həm də texniki resursları ilə Suriyanın yenidənqurulmasına real dəstək göstərə bilər. Bu isə münasibətləri sırf ikitərəfli çərçivədən çıxararaq, regional inteqrasiyanın bir hissəsinə çevirir".

Elçin Mirzəbəyli, Milli Məclisin deputatı

Müsahibimiz Azərbaycanın Suriya ilə əlaqələrinin yalnız iqtisadi sahə ilə məhdudlaşmadığını, bunun ölkənin daha geniş Yaxın Şərq strategiyasının tərkib hissəsi olduğunu bildirib.

"Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyini qorumaqla yanaşı, İsrail ilə də balanslı münasibətlər qurur. Bu kontekstdə ölkəmiz Suriyanın İsraillə münasibətlərinin normallaşmasına və Türkiyə–İsrail gərginliyinin azaldılmasına da töhfə verən tərəf kimi çıxış edir. Azərbaycan 'sakit diplomatiya' modeli ilə bu tip görüşlərin təşkilinə dəstək göstərməklə regionda diplomatik körpü rolunu oynayır", – deyə deputat qeyd edib.

Enerji sahəsində əməkdaşlığın perspektivlərinə toxunan deputat bildirib ki, Azərbaycanın qaz ixracı üzrə həyata keçirdiyi diversifikasiya siyasətində Yaxın Şərq bazarlarının rolu artır:

"Suriya ilə enerji sahəsində əməkdaşlıq ideyası təsadüfi deyil. Bu, həm siyasi, həm də iqtisadi baxımdan strateji xarakter daşıyır. Hazırda Azərbaycan qazının Türkiyə və İraqa çatdırılması üzərində işlər aparılır. Gələcəkdə bu marşrut Suriyaya və oradan da daha irəli bazarlara doğru genişlənə bilər".

Həmsöhbətimiz əlavə edib ki, Azərbaycan-Suriya münasibətləri sadəcə bugünkü ehtiyaclara deyil, gələcəyə yönəlmiş strateji baxışın məhsuludur:

"Tarixən iki xalq arasında dostluq münasibətləri mövcud olub. Lakin müxtəlif dövrlərdə bu əlaqələrin dinamikasında durğunluq yaşanıb. İndi isə qarşılıqlı inam və ortaq maraqlara əsaslanan yeni səhifə açılır".

Sonda deputat vurğulayıb ki, Azərbaycan bu münasibətlər vasitəsilə həm regional sabitliyin qorunmasına, həm də qlobal miqyasda sülh və əməkdaşlıq modelinin qurulmasına töhfə verir:

"Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq prinsiplərinə əsaslanan, tərəfdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmuş, çevik və məqsədyönlü yanaşmadır. Bu yanaşma ölkəmizi həm regionda, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi möhkəmləndirir".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 İyul 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri