Pozitiv Psixologiya Mərkəzindən fərqli Novruz hədiyyəsi…
Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.
Hər yerdə böyük coşqu ilə qeyd olunan Novruz bayramı daha çox uşaqların maraq dairəsindədir.
Elə bu məqamı da nəzərə alan Pozitiv Psixologiya Mərkəzinin kollektivi öz pasiyentləri üçün olduqca maraqlı bayram tədbiri təşkil etdilər. Əvvəlcə valideynlər, sonra isə uşaqlar üçün qrup dərsləri təşkil olundu. Daha sonra masalar quruldu, hər uşağın qarşısına yumurta və boya qoyuldu. Beləcə, hər bir uşaq böyük maraq və sevinclə yumurtaları boyamağa başladı. Bu, bir başqa həyəcan idi. Çünki uşaqlar bilirdilər ki, boyadıqları yumurtaları valideynlərinə hədiyyə edəcəklər. Boyamadan sonra uşaqlar mahnı sədaları altında əylənib, müəllimləri ilə rəqs də etdilər. Tədbirin sonunda mərkəzin kollektivi tərəfindən hazırlanan bəzəkli bayram xonçasından hər kəsə pay düşdü.
Yeri gəlmişkən qeyd edək ki, bayram tədbiri Pozitiv Psixologiya Mərkəzinin bütün filiallarında keçirilib.
Ünvan:
?Bakı
Bakı şəhəri, Azadlıq prospekti 195B ( “Azadlıq” m/st. yaxınlığı)
?Sumqayıt
Sumqayıt şəhəri, 5-ci mkr, C. Cabbarlı 89
?Quba
Quba şəhəri, Heydər Əliyev prospekti, (İlqaroğlu biznes center)
?Gəncə
Gəncə şəhəri, Atatürk pr. döngə 2 (Mərkəzi Univermağın arxa tərəfi, keçmiş Menar bağçası)
Əlaqə nömrəsi : 070 725 00 00
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 Mart 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















