Icma.az
close
up
RU
Prezident İlham Əliyev ölkəmizin regionda yaratdığı yeni reallıqlar barədə məlumatları, bir sıra tarixi faktları “Əl Ərəbiyyə” telekanalı vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı

Prezident İlham Əliyev ölkəmizin regionda yaratdığı yeni reallıqlar barədə məlumatları, bir sıra tarixi faktları “Əl Ərəbiyyə” telekanalı vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, mövcud gözləntilər, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində tutduğu mövqe, qlobal müstəvidə baş verən proseslər və digər önəmli məsələlər barədə Azərbaycanın mövqeyini əhatəli şəkildə ifadə edib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.

“Təbii ki, bu gün beynəlxalq ictimaiyyət ABŞ-də “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanmasını xüsusi olaraq diqqət mərkəzində saxlayır. Müsahibədə Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın üzləşdiyi ağır problem, bir milyon qaçqın və məcburi köçkünün üzləşdiyi çətin şərait barədə məlumat verərək ölkəmizin beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini bir daha diqqətə çatdırdı”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycan Vətən müharibəsində Zəfər qazanaraq işğala, 30 ilə yaxın müddətdə davam edən ədalətsizliyə son qoydu. Azərbaycanın heç vaxt başqa dövlətlərin ərazisində gözünün olmadığını söyləyən Mircəlil Qasımlı qeyd edib ki, son 5 il ərazində ölkəmiz regiona sülhün gətirilməsi üçün böyük səylər göstərib.

“Dövlətimizin başçısı, eyni zamanda 1920-ci ildə Azərbaycanın Rusiya ordusu tərəfindən işğalı, Qərbi Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi kimi tarixi faktları da “Əl-Ərəbiyyə” telekanalı vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Həmçinin Zəngəzur dəhlizinin əhəmiyyətinə dair ciddi məqamlara nəzər saldı”, - deyə M.Qasımlı vurğulayıb.

Ötən illər ərzində Azərbaycanın regionda müxtəlif əməkdaşlıq platformalarının yaradılmasının təşəbbüskarı olduğunu bildirən deputat deyib ki, ölkəmizin regionda yaratdığı yeni reallıqlar da məhz qarşılıqlı faydalı əməkdaşlığı təşviq edir. Bu xüsusda, Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu bütün qonşularımız, o cümlədən Ermənistan üçün böyük faydalar gətirəcək. Əlbəttə, bu marşrut, həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirəcək ki, bu da ölkəmiz üçün böyük tarixi nailiyyətdir.

“Azərbaycan Prezidenti müsahibəsində, həmçinin Rusiya tərəfindən ölkəmizə məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı xalqımızın haqlı narazılığını bir daha ifadə etdi. Vətən müharibəsinin son günündə Ermənistan ərazisindən Azərbaycan sərhədinə yaxınlaşan rus helikopteri hərbiçilərimiz tərəfindən təsadüfən vurulmuşdu. Həmin vaxt Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, ölkəmiz tərəfindən bütün zəruri addımlar atılmışdı. Azərbaycan xalqı haqlı olaraq, Rusiya tərəfindən də eyni cür reaksiya gözləyirdi”, - deyə Mircəlil Qasımlı bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri