Icma.az
close
up
RU
Prezident İlham Əliyevin “Əl Ərəbiyyə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin mediasında geniş işıqlandırılıb

Prezident İlham Əliyevin “Əl Ərəbiyyə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin mediasında geniş işıqlandırılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Berlin, 29 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin nüfuzlu media orqanları tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, yayımlanan xəbərlərdə dövlətimizin başçısının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Vaşinqton görüşünün tarixi-siyasi əhəmiyyəti, Azərbaycan-Rusiya münasibətləri və bir sıra aktual məsələlər barədə fikirlərinə geniş yer verilib.

Türkiyənin aparıcı media orqanları, o cümlədən Anadolu agentliyi, “Haber Türk”, “Haber Global”, “TRT Avaz”, “Hürriyet”, “Yeni Şafak”, “Yirmidördtv”, “Ahaber”, “Haber.tr”, “Haber7”, “Ekonomim”, “Yeni Akit” və digər nəşrləri əsas diqqəti xüsusilə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin açılması, Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılması, Türkiyənin qlobal arenada tutduğu mövqe ilə bağlı fikirlərinə yönəldib. Xəbərlərdə Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin bütün region üçün əhəmiyyəti ilə bağlı mövqeyi çoxmilyonlu auditoriyanın diqqətinə çatdırılıb. Dövlətimizin başçısının “Zəngəzur dəhlizi təkcə Şərq-Qərb nəqliyyat dəhlizi deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq” fikrinə xüsusi yer verilib. Qardaş ölkə mətbuatı, həmçinin Azərbaycan Prezidentinin qlobal gündəmdəki digər aktual məsələlər, o cümlədən Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini də diqqətə çatdırıb.

Qazaxıstanın “Inbusiness.kz”, “Tengrinews.kz”, “Newtimes.kz”, “Inform.kz” və digər media orqanlarında dərc olunan məqalələrdə başlıca olaraq Azərbaycan Prezidentinin AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı fikirləri yer alıb. Materiallarda dövlətimizin başçısına istinadla qeyd olunub ki, Azərbaycan mülki təyyarəsinin Rusiya qüvvələri tərəfindən vurulması və Rusiya rəsmilərinin hadisəyə reaksiyası Azərbaycanda böyük məyusluq və narazılıq yaradır. Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilib: “Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi”.

“Arbatmedia.kz” nəşri dövlətimizin başçısının Azərbaycanın Yaxın Şərqə qaz tədarük edəcəyi ilə bağlı fikrini xüsusi qeyd edib. Materialda Azərbaycan Prezidentin bu barədə “Sözsüz ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir” – fikri sitat gətirilib. Həmçinin Prezident İlham Əliyevin Azərbaycanın Suriyaya qazın həcmini artıra, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə biləcəyi ilə bağlı fikirlərinə də yer verilib.

Ukraynanın aparıcı mətbu orqanları, o cümlədən “RBK-Ukrayna”, “Korrespondent”, “Gordon”, “Obozrevatel”, və digər xəbər portallarında nəşr edilən məqalələrdə Azərbaycan Prezidentinin müxtəlif mövzularda fikirləri qeyd edilib. Prezident İlham Əliyevə istinadla bildirilib ki, Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməyə davam edir.

Məqalələrdə dövlətimizin başçısının Zəngəzur dəhlizi ilə bağlı fikirləri də işıqlandırılıb. Qeyd olunub ki, məhz SSRİ-nin fəaliyyəti nəticəsində Azərbaycan ərazisinin bir hissəsini itirib. Sovet İttifaqı Qərbi Zəngəzuru 1920-ci ildə Azərbaycandan alaraq Ermənistana verdiyi üçün Naxçıvan bölgəsi anklav olub. Ukrayna mediasında, həmçinin Prezident İlham Əliyevin Vaşinqtona səfəri və ABŞ Prezidenti Donald Tramp ilə görüşü barədə də fikirləri dərc edilib.

Rusiyanın TASS agentliyi Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında razılığın əldə olunması və Zəngəzur dəhlizinin əhəmiyyəti barədə fikirlərinə yer verib. Məqalələrdə dövlətimizin başçısının Ermənistan ilə Azərbaycan arasında Vaşinqtonda əldə olunan razılaşmanın hər iki tərəf üçün ərazi bütövlüyünün tanınması baxımından əhəmiyyəti vurğulanıb. Dövlətimizin başçısının Ermənistanın razılaşmalardan imtina edəcəyi təqdirdə bunun ciddi nəticələri olacağı və Azərbaycan buna müvafiq cavab verəcəyini qeyd etməsi xüsusi vurğulanıb. Həmçinin Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin potensial imkanları, yeni marşrutun Şimal–Cənub istiqamətində region ölkələri üçün faydalı olacağı, həm Azərbaycan, həm Rusiya, həm də İranın bu layihədən yararlana biləcəyi barədə fikirləri diqqətə çatdırılıb.

“InterFax” agentliyində yayımlanan xəbərlərdə isə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasının əhəmiyyəti və Vaşinqton görüşünün müharibənin sonu olması və eyni zamanda, bunun Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionu üçün tamamilə yeni imkanlar açması barədə açıqlaması diqqətə çatdırılıb. Bundan başqa, Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya arasında münasibətlərin pisləşməsinə görə Rusiyanın məsuliyyət daşıdığını qeyd etdiyi bildirilib. Bu kontekstdə AZAL təyyarəsinin vurulması, Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumların baş verdiyi, Azərbaycanın isə konstruktiv və qanuni şəkildə hərəkət etdiyi barədə fikirləri qeyd olunub.

Gürcüstanın nüfuzlu “interpressnews.ge”, “palitranews.ge”, “aktual.ge”, “resonancedaily.com”, “24news.ge” informasiya portalları və “1tv.ge” televiziya kanalı Azərbaycan Prezidentinin müsahibəsindən materiallar hazırlayıb. Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın siyasi kursu, sülh siyasəti, “dərin dövlət”in fəaliyyəti, Zəngəzur dəhlizi, İran Prezidentinin açıqlamaları, eləcə də Azərbaycana aid təyyarənin vurulması ilə bağlı fikirləri geniş yer alıb.

Bolqarıstanın ən böyük onlayn xəbər portalı olan “Novini”, eləcə də “Blitz”, “Actualno” nəşrləri dövlətimizin başçısının Azərbaycan-Rusiya münasibətləri, AZAL təyyarəsinin vurulması ilə bağlı fikirlərinə yer verib. Prezident İlham Əliyevin Rusiya ordusunun 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi, tarixi ərazilərimiz olan Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycanın iki yerə bölündüyü qeyd olunub.

Rumıniyanın “Adevarsıcuraj.ro” nəşri də Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı açıqlamalarına diqqət göstərib. Məqalədə Prezident İlham Əliyevin sovet Rusiyasının 1920-ci ildə Azərbaycanı işğal etməklə ölkəmizin demokratik respublika kimi inkişaf etməsinə mane olması, işğaldan çox keçmədən Qərbi Zəngəzuru Ermənistana verməsi ilə Naxçıvanın anklava çevrilməsi barədə fikirləri əksini tapıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see327

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see252

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see210

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see207

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see196

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see165

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see157

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see144

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see140

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see136

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see136

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see130

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see126

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see118

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see118

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri