Icma.az
close
up
RU
Prezident İlham Əliyevin siyasətində türk dünyasının birliyinin gücləndrilməsi mühüm yer tutur

Prezident İlham Əliyevin siyasətində türk dünyasının birliyinin gücləndrilməsi mühüm yer tutur

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Sovetlər ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Prezident İlham Əliyevin siyasətində türk dünyasının birliyinin gücləndrilməsi mühüm yer tutur. Bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatının yaradılması türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində tarixi addımdır. Artıq hər il TDT-nin zirvə toplantıları çərçivəsində, eləcə də ikitərəfli münasibətlər kontekstində türk dövlətlərinin münasibətlərinin gücləndirilməsi üçün vacib addımlar atılır. Son illər TDT-nin sammitlrində qəbul olunan qərarlar artıq türk dünyasının dünyaya qlobal güc kimi təqdim olunması yönündə atılan addımlardır. Yeri gəlmişkən, mayın 21-də Macarıstanda keçirilən TDT-nin qeyri-rəsmi sammitində də vacib müzakirələr aparılıb. Dövlət başçıları təşkilatın daha da güclənməsi üçün müxtəlif təkliflərlə çıxış ediblər.
Millət vəkilinin sözlərinə görə, bu gün türk dövlətləri təhsil sahəsində də fəal əməkdaşlıq edirlər. Budapeştdə keçirilən sammitdə Özbəkistan Prezidenti Şafkat Mirziyoyev türk dövlətlərinin birgə universitetinin yaradılması barədə təklifi də bu baxımdan diqqəti cəlb edir. Məlumdur ki, türk dövlətləri ikitərəfli qaydada elm və təhsil sahəsində əməkdşalıq edirlər. O cümlədən, Azərbaycanın da digər türk ölkələri ilə bu sahədə geniş əlaqələri mövcuddur. Həm müvafiq dövlət qurumlarımız, həm də ali məktəblərimiz qarşılıqlı əməkdaşlıq edir.
"Türk birliyini gücləndirmək, bunun əhəmiyyətini gənclərə aşılamaq üçün orta və ali məktəb dərsliklərində türk xalqlarının tarixinə geniş yer verilməlidir. Bu baxımdan, Özbəkistan Prezidentinin təklifi çox əhəmiyyətlidir. Belə bir universitetin yaradılması, bütün türk ölkələrindən tələbələrin bir yerdə təhsil alması elm və təhsil sahəsində təcrübə mübadiləsi ilə yanaşı, ortaq tariximizin öyrənilməsi və türk birliyinin daha da güclənməsi nöqteyi-nəzərindən önəmlidir. Çünki həmin universitetdə təhsil alan gənclər sabah öz ölkələrində peşəkar kadrlar kimi çalışacaqlar. Bu da gələcəkdə birliyimizin daha da güclənməsinə öz töhfəsini verəcək",- deyə Samir Vəliyev vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 May 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri