“Prezident Kuboku 2025”: “Qazanacağımız nəticələr bizim üçün önəmlidir”
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Prezident Kuboku-2025” beynəlxalq reqatası davam edir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan avarçəkmə millisinin kayak növü üzrə böyük məşqçisi Mirnazim Cavadov nəticələri dəyərləndirib:
“Yarışa yaxşı hazırlaşmışdıq. Bunun nəticəsi olaraq turnirin ilk günündə idmançılarımız 3 bürünc medal qazandılar. Bu gün də 1 gümüş və 1 bürünc medalı hesabımıza yazmağı bacardıq. Nəticələrin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq. Əlimurad Hacızadədən bu gün qızıl medal gözləyirik. O, 1000 metr məsafəyə yarışda rəqiblərini üstələməyə çalışacaq.
Şübhəsiz ki, “Prezident Kuboku-2025″ turnirində qazanacağımız nəticələr bizim üçün önəmlidir. Mingəçevirdəki reqatada gücümüzü bir qədər də artırıb, dünya və Avropa çempionatlarına hazırlaşmaq istəyirik”.
Azərbaycan idmançıları yarışın ilk iki günündə 1 gümüş və 4 bürünc medal qazanıblar.
“Prezident Kuboku-2025” turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
20 ölkədən 200-dən çox idmançının çıxış etdiyi turnirə sabah yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 01 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















