Icma.az
close
up
RU
Prezident və Prezident köməkçisindən eyni məntiq, eyni yanaşma...

Prezident və Prezident köməkçisindən eyni məntiq, eyni yanaşma...

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Hökumətə müxalif olmaq olar, dövlətə əsla!”

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqının dövlətçilik şüurunun güclənməsində mühüm rol oynadığı şübhəsizdir. Dövlət başçısı hər zaman öz çıxış və müsahibələrində hər bir azərbaycanlını dövlətimiz ətrafında sıx birləşməyə səsləyib, həmrəylik faktorunun təhlükəsizlik və tərəqqi üçün həyati önəm kəsb etdiyini bildirib. Məhz bu baxımdan da, Prezident İlham Əliyev müxalif düşüncəli şəxslərin hökumətə müxalifliyinə demokratiyanın bir göstəricisi kimi normal yanaşdığını, lakin dövlətə müxalifliyi qəbul etmədiyini vurğulayıb.

Bu baxımdan dövlət başçısının 18 mart 2025-ci il tarixində Ağdərə rayonunun Həsənriz kəndində dədə-baba yurduna köçən bir qrup sakinlə görüşündə səsləndirdiyi fikirlər xüsusi əhəmiyyətə malikdir. Həmin görüş zamanı sakinlərdən biri Prezidentə xitabən kəndlərində  heç vaxt müxalifətçi olmadığını qeyd edib. Vətəndaşın bu sözlərinə İlham Əliyevin verdiyi cavab Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılacaq ifadə olub:

“Kişi sakin: ...Cənab Prezident, əmin edim ki, bizim kənddə müxalifətçi olmayıb. Bizim kəndin camaatından bir adam fikirləşə bilmirdi ki, kimsə müxalifətçi olub. Heç vaxt. Hamımız təsərrüfatla, dövlətə qulluqla məşğul olmuşuq. İndi də inanmıram, görməmişik, eşitməmişik.

Prezident İlham Əliyev: Olsa da bir problem yoxdur. Əsas dövlətə, dövlətçiliyə müxalifətdə olmasınlar”. (https://president.az/az/articles/view/68350 )

Müzəffər Ali Baş Komandanın bu cavabı dövlət amilinin hökumət məfhumundan qat-qat uca olduğunu, dövlətə müxalifətliyin anlaşılan, bağışlanılacaq bir tərəfinin olmadığını göstərir.

Sevindiricidir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətlə yanaşı, həm də  şəxsi nümunə əsasında ortaya qoyduğu bu böyük dövlətçilik şüuru Azərbaycan hakimiyyətinin ən ali, ən elit dairələrində də özünü göstərməkdədir. Buna nümunə olaraq Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Prezidenti İlham Əliyevin  21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına səfəri zamanı xaricdə yaşayan müxalifətçi Tural Sadıqlı ilə dialoqunu göstərmək olar. (https://moderator.az/az/ekskluziv/1007002/hikmet-haciyevden-yad-lkede-domalara-vetenperverlik-dersi/?fbclid=IwY2xjawTPXutleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEesA3vmsgitrhEt9jOyI4v3dNqDyw6NQv_pnSLxCxWXuOpJ5JQFrWqZBmdmcE_aem_ciZdNUcGYzulnWWzF-Stzw )

Hikmət Hacıyev Tural Sadıqlı ilə söhbətində qeyd etdi ki, xaricdəki müxalifətçilərin hökumət təmsilçisi kimi onun haqqında səsləndirdiyi tənqidlərdən xəbərdardır və bundan əsla narahatlıq duymur. Onda təəssüf doğuran hal xaricdəki bəzi müxalifətçilərin dövləti, Azərbaycanın maraqlarını hədəf almasıdır ki, bu, arttıq müxalifətçilik yox, dövlətə mənəvi xəyanətdir.

Göründüyü kimi, Prezident də, Prezident köməkçisi də sadəcə Azərbaycan vətəndaşlarına deyil, dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlıya eyni mesajı verir:

“Hökumətə müxalif olmaq olar, dövlətə əsla!”

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 İyul 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri