Icma.az
close
up
RU
Prezidentimizin fikirləri yeni bir mesaj, dünya nizamının qaydaya salınması üçün yol xəritəsidir KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Prezidentimizin fikirləri yeni bir mesaj, dünya nizamının qaydaya salınması üçün yol xəritəsidir KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər bilavasitə ölkəmizin dünyada qazandığı nüfuzdan irəli gəlir və həm də bu tədbirlərin yüksək səviyyədə keçirilməsini əsaslandırır. XII Qlobal Bakı Forumu da məhz belə tədbirlərdəndir və artıq o on ikinci dəfədir ki, Bakı şəhərində yüksək səviyyədə təşkil olunur. Əlbəttə ki, bu forumda dünyanın bir çox ölkələrinin tanınmış ictimai-siyasi xadimləri sabiq dövlət və höküumət başçıları iştirak edirlər. Əllidən artıq ölkədən gələn bu nümayəndələr bu gün dünyada sülhün, demokratiyanın inkişafına, insan azadlıqlarına, eləcə də münaqişələrin qarşısının alınmasına, cəmiyyəti maraqlandıran, bəşəriyyəti narahat edən bir çox problemlərin aradan qaldırılmasına öz tövhələrini vermək istəyirlər. Azərbaycan Prezindenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə də XII Qlobal Bakı Forumunun əhəmiyyəti yüksək dəyərləndirilib.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, cənab Prezindent istər Forumdakı çıxışında, istərsə də televiyaya verdiyi müsahibəsində bir çox məsələlərə aydınlıq gətirib və dünyanı narahat edən probləri, bu problemləri yaradan səbəbləri aydın faktlarla şərh edibdir.

“Cənab Prezindent öz müsahibəsində bir daha bildiribdir ki, artıq dünya nizamı pozulub və onun yoluna qoyulması çətin proses olmaqla, bəşəriyyətin fəlakətlərdən qurtulması üçün çox vacibdir. Çünki beynəlxalq hüququn norma və prinsplərinə əməl olunmaması, dünya ölkələrinin hadisələrə ikili standartlardan yanaşması, bir çox hallarda beynəlxalq təşkilatların Qərar və Qətnamələrinin ələ alınmaması artıq bəşəriyyət üçün fəlakətə gətirib çıxarır. Azərbaycan da bunu öz timsalında uzun illər hiss edib və ağrılarını yaşayıbdır. Çünki torpaqlarımız 30 il işğal altında olduğu bir dövrdə BMT təhlükəsizlik şurasının dörd Qətnaməsi olduğu halda erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal altına saxlayıblar və şəhərlərimizi, kəndlərimizi talan ediblər, insanlarımıza olmazın əzablar veriblər. Belə olan halda, beynəlxalq aləm bu məsələlərə laqeyid yanaşıb, beynəlxalq hüquq normaları sayılmayıb və nəhayət Azərbaycan öz gücü, öz qüdrəti hesabına torpaqlarını işğaldan azad edibdir. Ancaq bundan sonra da bir çox dövlətlər Azərbaycanın bu haqlı mübarizəsinə kölgə salmağa çalışıblar və müəyyən təsirlər, təqiblər göstərilibdir. Cənab Prezident bu faktları öz müsahibəsində geniş şərh edibdir və bildiribdir ki, Azərbaycan-Ermənistan münasibətlərinin, eləcə də dünyada baş verən hadisələrin nizama salınması üçün hələ uzun illər lazım olacaqdır. Çünki bu hadisələrə, bu beynəlxaq normalara aparıcı dövlətlər bilavasitə öz mənafeləri mövqeyindən yanaşırlar ki, bu da münaqişələrin aradan qaldırılmasına maneələr yaradır.

Əlbəttə ki, ölkə rəhbərinə verilən suallardan biri də Amerika-Azərbaycan münasibətlərinin nizama salınmasıdır və bu gün Azərbaycanın beynəlxalq aləmlə əlaqələrinin möhkəmləndirilməsinə önəm verməsi, eləcə də Amerika kimi güclü bir dövlətlə əlaqələrin yaradılması qarşıda duran əsas vəzifələrdən sayılır və Azərbaycan dövləti, Azərbaycan Prezidenti daimi beynəlxalq münasibətlərin yaradılmasına, əlaqələrin möhkəmləndirilməsinə səy göstəribdir. Çox təəssüflər olsun ki, Amerikanın keçmiş adminstrasiyası, Bayden adminstrasiyası Azərbaycan-ABŞ münasibətlərini öz mövqeyi baxımından qiymətləndiribdir və həmin dövrdə Azərbaycana qarşı məkirli bir siyasət ortaya qoyulubdur. Cənab Prezident öz müsahibəsində bildiribdir ki, Amerikanın mövqeyi, sözsüz ki, Bayden adminstrasiyası nəzərdə tutulur, bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə də biz Tramp adminstrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq. Bu bir reallıqdır. Çünki Azərbaycan daimi olaraq, nəinki qonşu dövlətlərlə, eləcə də Avropa ölkələri, Qərblə münasibətlərin yaxşılaşmasına böyük önəm verib və bu siyasət bu gün də uğurla davam etdirilir və Cənab Prezidentin çıxışında irəli sürülən məsələlər də məhz bunu özündə ehtiva edir. Çünki Tramp adminstrasiyası hakimiyyəti zamanı Azərbaycan-Amerika münasibətləri sağlam məcrada inkişaf edib və əlaqələrdə uğurlu irəliləyişlər əldə edilibdir. Ancaq Bayden adminstrasiyası dövründə tamamilə ziddiyyətli bir mövqe seçilib və Azərbaycana qarşı qərəzli planlar irəli sürülüb, mənfur yollar seçilibdir.

Ölkəmizin Prezidentinin bu müsahibəsi dünyaya yeni bir mesajdır, dünya nizamının qaydaya salınması üçün bir yol xəritəsidir və əlbəttə ki, bu nizamın yoluna qoyulması nəinki Azərbaycan üçün, dünyanın əksər ölkələri, bəşəriyyət üçün çox faydalıdır. XII Qlobal Bakı Forumunun da məqsədi məhz budur - dünyada sülhün, əmin-amanlığın bərpa edilməsi, beynəlxalq hüquqa hörmət, insanların firavan yaşayışı, demokratiyanın inkişafı, ölkələrin suveren hüquqlarının qorunması, qarşılıqlı əməkdaşlığın yüksəldilməsi və dünyada qarşılıqlı münasibətlərə yeni bir önəm verilməsidir”, deyə Tahir Rzayev bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Mart 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri