Prezidentin köməkçisi COP29la bağlı boykot çağırışları edənləri ifşa etdi Video Yeni Sabah
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Sizin də çalışdığınız media orqanının fəaliyyətində hüquqi əsaslı məhdudiyyətlər olmasına baxmayaraq, COP29-da iştirakınıza tam şərait yaradılıb. Kimə istəyirsiniz, sualınızı verirsiniz".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Toplum" TV-nin əməkdaşının bəzi media orqanlarının jurnalistlərinin həbsinə görə beynəlxalq təşkilatların COP29-u boykota çağırması ilə bağlı sualını cavablandırarkən deyib.
"Toplum" TV-nin redaksiyasının möhürləndiyini və ona da cinayət işi açıldığını diqqətə çatdıran jurnalistə Hikmət Hacıyev belə cavab verib:
"Siz əməkhaqqını haradan alırdınız? "Toplum" TV-nin maliyyələşdirilməsi necə həyata keçirilirdi? Dediyiniz kimi, istintaq aparılır. Söhbət qanunsuz maliyyələşmənin araşdırılmasından gedir".
Daha ətraflı Baku TV-nin süjetində:
Baxış sayı:101
Bu xəbər 12 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















