Prezidentin müsahibəsi Azərbaycanın mövcud reallıqlarını, prioritetlərini və gələcək hədəflərini aydın şəkildə ortaya qoydu
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ənənəsinə sadiq qalaraq başa vurduğumuz 2025-ci ilin uğur və nailiyyətlərini, 2026-cı ildə qarşımızda duran hədəfləri yerli televiziya kanallarına açıqladı. Dövlət başçısı telekanallara müsahibə zamanı daxili və xarici siyasətimizdə qazandığımız uğurları, sosial-iqtisadi vəziyyəti, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində mövcud durumu, eləcə də cəmiyyətimizi, vətəndaşları düşündürən digər mühüm məsələləri geniş və ətraflı şəkildə şərh edərək bir növ xalqa hesabat vermis oldu. Eyni zamanda dövlət başçısı qarşıdakı dövr üçün strateji hədəflərin aydın şəkildə təqdimatını etdi”.
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev ötən ilin Azərbaycan üçün uğurla yadda qaldığını bildirib:
“Dövlət başçısı qeyd etdi ki, ölkə iqtisadiyyatı qlobal qeyri-müəyyənliklərə baxmayaraq sabitliyini qoruyub, makroiqtisadi göstəricilər müsbət olaraq qalıb. Xüsusilə enerji sektorunda Azərbaycanın rolu daha da güclənib. Hazırda Azərbaycan qazı bir çox Avropa ölkələri də daxil olmaqla 14 ölkəyə ixrac olunur və bu coğrafiyanın genişləndirilməsi planlaşdırılır. Cari ildə daha iki ölkə Azərbaycan qazını alacaq ki, bu da həm iqtisadiyyata öz müsbət təsirini göstərəcək, həm də ölkəmizin qlobal miqyasda tərəfdaşlarının sayını artıracaq. Prezidentin müsahibəsində diqqət çəkən məqamlardan biri alternative enerji mənbələri, bərpa olunan enerjiyə üstünlük verilməsi ilə bağlı idi. Bərpa olunan enerji sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayan ölkə başçısı, günəş və külək enerjisi üzrə beynəlxalq tərəfdaşlarla imzalanmış müqavilələrin Azərbaycanın enerji ixrac potensialını artırmaqla yanaşı, ölkənin “yaşıl enerji” strategiyasına xidmət etdiyini diqqətə çatdırdı. Qeyd etdiyim kimi, bütün bunlar da öz növbəsində qarşıdakı dövrdə Azərbaycan iqtisadiyyatına, onun inkişaf dinamikasına öz müsbət təsirini göstərəcək”.
Millət vəkili deyib ki, president müsahibəsində ölkənin xarici siyasətinə də geniş yer ayrıldı və prinsipial mövqe və milli maraqların hər zaman öndə olacağı bird aha bəyan edildi:
“Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil və prinsipial mövqe tutduğunu bildirdi. ABŞ-da uzun illərdir qüvvədə olan 907-ci düzəlişin ədalətsiz xarakter daşıdığını qeyd edən dövlət başçısı bu sənədin artıq regiondakı reallıqlarla uzlaşmadığını vurğuladı. Çinlə münasibətlərə toxunan Prezident iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının sürətlə inkişaf etdiyini, əmtəə dövriyyəsinin artdığını bildirdi”.
Millət vəkili deyib ki, Cənab İlham Əliyev üçün sosial siyasət və insan amili hər zaman öndə olub, prioritet təşkil edib. Bu baxımdan dövlət başçısının müsahibə zamanı social sahəyə xüsusi diqqət ayırması diqqətdən qaçmadı:
“Prezident İlham Əliyev sosial sahədə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaş rifahının dayandığını xüsusi vurğuladı. Özünüməşğulluq proqramları, yeni iş yerlərinin yaradılması və sosial dəstək mexanizmləri nəticəsində işsizlik səviyyəsinin aşağı olduğu bildirildi. Hər zaman cəmiyyətin həssas təbəqəsinə diqqət ayıran Cənab Prezident müharibə veteranları və şəhid ailələrinə göstərilən diqqəti də xüsusi qeyd etdi. Onların mənzil təminatı, tibbi reabilitasiya və sosial müdafiə tədbirlərinin davamlı şəkildə həyata keçirildiyi vurğulandı”.
Deputat qeyd edib ki, ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın mövcud reallıqlarını, prioritetlərini və gələcək hədəflərini aydın şəkildə ortaya qoydu, strateji baxış, milli maraqlara əsaslanan siyasət və sosial yönümlü yanaşma dövlətin inkişaf kursunun dəyişməz olduğunu bir daha nümayiş etdirdi.
Süleyman
Bu mövzuda digər xəbərlər:Prezidentin müsahibəsi Azərbaycanın gələcək strateji hədəflərinin göstəricisidir ŞƏRH
07 Yanvar 2026 17:05
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın uğurlarını və hədəflərini ortaya qoydu AÇIQLAMA
08 Yanvar 2025 15:24
Prezidentin müsahibəsi Azərbaycanın geopolitik gücünün mesajı oldu
07 Yanvar 2026 14:01
Prezidentin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu prinsipial mövqeyi bir daha aydın şəkildə nümayiş etdirdi
26 Sentyabr 2025 19:26
Deputat: “Prezidentin fikirləri bir daha Azərbaycanın mövqeyini ortaya qoydu
30 Avqust 2025 14:06
Baxış sayı:75
Bu xəbər 06 Yanvar 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















