Icma.az
close
up
RU
Prezidentin müsahibəsi: Dəyişməyən mövqe, sözünün ağası olan liderin qətiyyəti

Prezidentin müsahibəsi: Dəyişməyən mövqe, sözünün ağası olan liderin qətiyyəti

Icma.az bildirir, Missiya.az portalına istinadən.

 Azərbaycanın tarixi torpağı Zəngəzura qayıdışın yolu torpaqlarımızın işğaldan azad olunmasından, ərazi bütövlüyümüzün bərpasından keçirdi. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın hərbi təxribatı nəticəsində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində bütün torpaqlarımız üzərində suverenliyimiz bərpa olundu.

İndi isə dövlətimizin növbəti hədəfi Zəngəzur dəhlizinin açılmasıdır. 

“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də... İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq". Cənab Prezident bu sözləri 2021-ci ilin aprelində AzTV-yə verdiyi müsahibədə demişdi. 

Bəli, Dövlət başçısı 22 il ərzində nə vəd verdisə, hamısını həyata keçirdi. Prezidentliyinin ilk günlərindən özünü peşəkar siyasətçi kimi təsdiqləyən İlham Əliyevin gördüyü işlər onun son dərəcə uğurlu dövlət başçısı olduğunu sübut etdi. Prezidentin gərgin əməyinin nəticəsidir ki, biz bu gün güclü Azərbaycan vətəndaşı kimi bütün dünyada alnıaçıq, başı dik və müzəffər xalq olaraq sözümüzü deyə bilirik. 

Azərbaycan xalqı öz liderinə inanır və güvənir. Necə ki, ölkə başçımız İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, “Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir”.

İndi növbə gəlib çatıb Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasına. Beləliklə, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın blokadasına son qoyulacaq və bu bölgə özünün intibah dövrünü yaşayacaq. Dünyanın bir çox ölkələri Naxçıvanla gediş-gəliş əlaqələrini möhkəmlədəcək və yeni-yeni layihələr həyata keçirəcəklər. Bu dəhlizin açılması Cənubi Qafqazdan keçən bütün marşrutlar sisteminə yeni nəfəs verəcək, yeni-yeni logistik layihələr yaranacaq. 

Cənab Prezident yanvarın 7-də verdiyi müsahibədə 4 il əvvəl açıqladığı mövqeyinin dəyişmədiyini bir daha bəyan etdi: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır”

Buna bizim artıq heç bir şübhəmiz yoxdur. Çünki bu sözü, sözünün ağası olan, verdiyi bütün vədləri yerinə yetirən, müzəffər liderimiz deyib. Azərbaycan xalqı, əsas da naxçıvanlılar Zəfərimizin daha bir xoş müjdəsi olacaq Zəngəzur dəhlizinin açılmasını böyük səbirsizliklə gözləyirlər.. İnanırıq ki, o gün uzaqda deyil.... 

Cənab Prezidentin sözügedən müsahibəsi isə xalqımız daha da ruhlandırdı. İndi bizim üzərimizə düşən vəzifə Prezidentinin arxasında duran, ona güc verən xalq kimi milli birliyimizi daha da möhkəmləndirməkdir. 

Nurlana Əhmədova
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://missiya.az
archiveBu xəbər 08 Yanvar 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri