Prezidentin siyasi müşaviri: Qlobal Şimal bloku həssas ölkələrə kömək etməyə çalışmır AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 noyabr, AZƏRTAC
Qlobal Şimal bloku həssas ölkələrə kömək etməyə çalışmır. COP28-də milyardlarla, trilyonlarla dollarlar işlənib, lakin bu günə kimi heç nə olmayıb. Yeni nəslin qeyri-sağlam Yer kürəsində yaşamağının qarşısını almaq üçün hərəkətə keçmək mütləqdir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Nepal prezidentinin siyasi müşaviri Sunil Bahadur Thapa deyib.
O, Azərbaycanda keçirilən COP29-da iştirakından məmnun olduğunu qeyd edib.
“Təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycan bu dəfə dünyaya çox aydın mesaj verməlidir ki, inkişaf etmiş ölkələr iqlimə qarşı ədalətli olsunlar. Nepal dağlıq ölkədir. Bizim Himalay dağları təxminən 2 milyard insanı təmiz su ilə qidalandırır. 2700 buzlaq və 12 çayımız var. İqlim dəyişikliyi nəticəsində buzlaqlar əriyir. Bu gün heç nə etməsək buzlaqların yarısını itirəcəyik. Eyni zamanda, Cənub və Cənub-Şərqi Asiyadan 2 milyard insan da sudan məhrum olacaq”, - deyə müşaviq qeyd edib.
Baxış sayı:130
Bu xəbər 21 Noyabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















