Icma.az
close
up
RU
Prezidentin Zəngəzurla bağlı bəyanatı Azərbaycan dövlətinin qətiyyətindən xəbər verir Ağalar Vəliyev

Prezidentin Zəngəzurla bağlı bəyanatı Azərbaycan dövlətinin qətiyyətindən xəbər verir Ağalar Vəliyev

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə Azərbaycanda sosial-iqtisadi sahədə mühüm uğurlar əldə edilir. Azərbaycan vətəndaşlarının sosial rifah halı durmadan yüksəlir, qeyri-neft sektorunda inkişaf daimi xarakter alır, sənaye istehsalı artır, dövlət büdcəsi isə rekord həddə müəyyənləşdirilir. Ötən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bütün bunların təməlində uzun illər ərzində aparılan məqsədyönlü islahatlar, düşünülmüş siyasət dayanır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yerli telekanallara müsahibəsində ölkəmizin iqtisadi göstəriciləri ilə bağlı səsləndirdiyi rəqəmlər bunu bir daha təsdiqləyir.

Redaktor.az xəbər verir ki, bu fikirləri mediaya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Millət vəkili bildirib ki, dövlətimizin başçısının müsahibədə vurğuladığı kimi, artıq uzun illərdir aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olunub və gələcək illərdə bu dinamika qorunub saxlanılacaq. Belə ki, keçən il ümumi daxili məhsul 4 faizdən, qeyri-neft sektoru 6 faizdən, qeyri-neft sənayesi isə 7 faizdən çox artıb.

Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7.2 faizini təşkil edir ki, bu sahədə ölkəmiz dünyada liderlər sırasındadır. Eyni zamanda, ötən il valyuta ehtiyatlarımız 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb. Valyuta ehtiyatlarımızın xarici borcu 14 dəfə üstələməsi, bu ilin dövlət büdcəsinin Azərbaycan tarixində ən böyük - rekord səviyyədə - büdcə xərcləri 41 milyard manatdan, icmal büdcənin isə 48 milyard manatdan çox olması ölkəmizin dayanıqlı maliyyə resurslarına malik olduğunu sübut edir.

Deputat qeyd edib ki, bu gün Azərbaycanın iqtisadi inkişafı ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşmasına da səbəb olub. Təsadüfi deyil ki, bu ilin yanvarından minimum əməkhaqqı və pensiyanın məbləği artırılıb. Qarabağın, Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış prosessi kimi nəhəng və yüksək maliyyə tələb edən çağırışla üz-üzə qalan Azərbaycanın vətəndaş rifahına bu qədər böyük diqqət ayırması dövlət siyasətinin mahiyyətini göstərir. Onu nümayiş etdirir ki, ölkəmizdə sosial və iqtisadi inkişaf paralel gedir.  

Dövlətimizin başçısının müsahibəsində toxunduğu daha bir məsələyə - COP29-un təşkili məsələsinə münasibət bildirən parlamentari deyib ki, bu tədbirin uğurla keçirilməsi Azərbaycanın qətiyyətini və prinsipiallığını bir daha ortaya qoydu. Belə ki, uzun illər ərzində həllini gözləyən karbon bazarları ilə bağlı razılaşma məhz Bakıda öz həllini tapdı, COP-un əsas mövzularından biri olan maliyyələşmə məsələsi ilə bağlı əvvəl razılaşdırılmış rəqəm üç dəfə artırılaraq 300 milyard dollara çatdırıldı.

Əlbəttə ki, bu böyük nailiyyətdir. Özü də nəzərə alsaq ki, bu nailiyyət bəzi ölkələrin COP29-u boykot etmək çağırışı fonunda qazanıldı, o zaman bunun əhəmiyyəti daha da artmış olur. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti beynəlxalq aləmdə uğurlu, düzgün və məqsədyönlü iş aparır.

Xarici siyasətimizin əsas istiqamətləri baxımından cənab Prezidentin müsahibəsində vurğulanan məqamlara diqqət çəkən millət vəkili ölkəmizin beynəlxalq təşkilatlarda üzvlüyü, regional və qlobal proseslərə təsiri imkanlarından  bəhs edərək bildirib ki, qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanın müsəlman dövlətlərini birləşdirən ən böyük təşkilat olan, onların  iqtisadiyyatının 60 faizini təşkil edən D8-ə üzvlüyü ölkəmizin nüfuzunu, iqtisadi gücünü bir daha göstərir. Dünyada mövcud olan 60 müsəlman ölkəsi arasında ilk genişlənmədə məhz Azərbaycanın bu təşkilata üzv seçilməsi, həm də dövlətimizin və onun başçısına etimadın təzahürüdür.

Heç şübhəsiz ki, Azərbaycan bu təşkilatın işində də fəal iştirak edəcək və onun fəaliyyətinə töhfə verəcək. Çünki ölkəmiz bu gün Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biridir, bir neçə il əvvəl dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib.

Milli Məclisin üzvü diqqətə çatdırıb ki, dövlət başçısının müxtəlif məsələlərə ölkəmiz tərəfindən adekvat cavabın verilməsi ilə bağlı dedikləri Azərbaycanın bu gün bölgədə və dünyada cərəyan edən hadisələrə təsir etmək iqtidarında olduğunu, müstəqil siyasət yürütdüyünü, hər bir ölkəyə və prosesə münasibətdə özünün baxışına malik olduğunu söyləməyə əsas verir.

Xarici siyasətlə bağlı cənab Prezidentin açıqlamaları həm də onu göstərir ki, bu gün ölkəmiz həm iqtisadi, həm hərbi güc, həm də siyasi müdriklik baxımından regionun əsas aktorudur, dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurmaqda maraqlıdır, eyni zamanda, dünya ölkələri bölgə ilə bağlı siyasətlərində rəsmi Bakının maraqlarını mütləq nəzərə almalıdırlar.

Qlobal və regional dəyişiklikləri, yeni realliqları və çağırışları ölçüb-biçməli olan Ermənistan dövlət başçımızın bu kontekstdəki tövsiyyələrinə və məsləhətlərinə qulaq asmalı, Azərbaycanın irəli sürdüyü sülh müqaviləsinin şərtlərini qəbul etməli və Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır.

Çünki hazırda regionda yaranan vəziyyət bunu diktə edir. Azərbaycan gündən-günə güclənir, Şərq ilə Qərb arasında əvəzolunmaz halqaya, habelə bir çox beynəlxalq siyasi və iqtisadi təşkilatlarda aparıcı güvvəyə çevrilir. Eyni zamanda Avropanın enerji təhlükəsizliyinə, regional sabitliyə mühüm töhfələr verir. Bütün bunlar isə artan iqtisadi gücümüz sayəsində mümkün olur.  

Dövlətimizin başçısının Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz şəkildə, ləyaqətlə qayıtmaqla bağlı fikirlərinə də toxunan Ağalar Vəliyev sonda vurğulayıb ki, soydaşlarımızın Qərbi Azərbaycana və Qərbi Zəngəzura yerləşəcəkləri vaxta qədər bu məsələnin gündəlikdən çıxarılmayacağı ilə bağlı bəyanat, heç şübhəsiz, bir daha Azərbaycan dövlətinin qətiyyətindən xəbər verir. Çünki dövlətimizin başçısının sözü ilə əməli üst-üstə düşür və inanırıq ki, Qərbi azərbaycanlılarla bağlı məsələdə də bu belə olacaq.

Redaktor.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Yanvar 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri