Icma.az
close
up
RU
Prime Cotton MMC nin Tərtər filialında Novruz Bayramı qeyd edilib FOTO

Prime Cotton MMC nin Tərtər filialında Novruz Bayramı qeyd edilib FOTO

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Prime Cotton MMC-nin təşəbbüsü və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şirkətin Tərtər filialında Novruz Bayramına həsr olunmuş tədbir keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbirin məqsədi Prime Cotton şirkətinin Tərtər, Ağcabədi, Bərdə, Lənbəran və Ağdam filiallarının əməkdaşlarını və şirkətlə əməkdaşlıq edən fermerləri bir araya gətirərək onlarda bayram əhval-ruhiyyəsi yaratmaq olub.

Tədbir Prime Cotton MMC-nin Baş icraçı direktoru Rövşən Mahmudov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev və digər qonaqların iştirakı ilə ağacəkmə aksiyası ilə başlandı. Filial ərazisində yaşıllaşdırma işləri aparılaraq ətraf mühitin qorunmasına töhfə verilib.

Bundan sonra Prime Cotton-un daxil olduğu GP Cotton Holdings şirkətinin müəssisələrinin məhsullarının sərgiləndiyi guşəyə baxış keçirildi. Tədbir iştirakçıları Giltex MMC, Mingəçevir Tekstil və Prime Cotton MMC-nin istehsal etdiyi məhsullarla yaxından tanış olublar.

Tədbirin rəsmi hissəsinin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Prime Cotton MMC-nin Baş icraçı direktoru Rövşən Mahmudov ənənəvi Novruz tonqalını alovlandırdılar. Daha sonra keçirilən atçılıq yarışında qalib xüsusi mükafatla təltif edilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirakçıları Novruz və Ramazan bayramı münasibətilə təbrik edərək dövlətin kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən və pambıqçılığın bölgədəki əhəmiyyətindən danışdı. O, həmçinin son illərdə Tərtər rayonunun dövlət dotasiyasından asılı olmadan əsasən kənd təsərrüfatından gələn öz gəlirləri hesabına fəaliyyət göstərdiyini vurğulayıb.

Prime Cotton MMC-nin Baş icraçı direktoru Rövşən Mahmudov da tədbir iştirakçılarına bayram təbriklərini çatdırdı. O, pambıqçılıq sahəsində müasir texnologiyaların tətbiqinin vacibliyini vurğulayaraq fermerləri şirkətin təşkil etdiyi təlimlərdən yararlanmağa və innovativ texnologiyaların tətbiqinə həvəslə yanaşmağa çağırıb.

Bayram şənliyinin davamında milli rəqslər nümayiş olundu, media nümayəndələri üçün müsahibələr və foto çəkilişlər təşkil edildi. Tədbirin ən yaddaqalan anlarından biri Prime Cotton MMC-nin adının əməkdaşların iştirakı ilə flashmob şəklində yazılması olub.

Tədbir milli rəqs nümunələri və sevilən mahnıların məşhur müğənnilər tərəfindən ifası ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Mart 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri