Icma.az
close
up
RU
“Prokurorluğun həyata keçirdiyi genişmiqyaslı islahatlar konkret nəticələr verməkdədir” MÜNASİBƏT BİLDİRİLDİ

“Prokurorluğun həyata keçirdiyi genişmiqyaslı islahatlar konkret nəticələr verməkdədir” MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Son illər ölkəmizdə hüquq-mühafizə orqanlarında, xüsusilə də Hərbi Prokurorluq sistemində həyata keçirilən islahatlar Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda atdığı mühüm və məqsədyönlü addımlar sırasında xüsusi yer tutur. Müasir dövrün tələblərinə uyğun şəkildə aparılan bu islahatlar yalnız qanunvericilik bazasının təkmilləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin daha şəffaf və ədalətli əsaslar üzərində qurulmasına xidmət edir”. Bu fikirləri SİA-ya Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, hərbi sahədə qanunun aliliyinin təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, xidmət mühitində intizam və məsuliyyətin artırılması bu islahatların əsas istiqamətlərindəndir: “Aktiv idarəçilik, operativ reaksiya və ictimai nəzarət prinsiplərinə əsaslanan bu yanaşma nəticəsində Hərbi Prokurorluğun fəaliyyəti yeni mərhələyə qədəm qoyub. Artıq bu qurum təkcə nəzarətedici yox, həm də maarifləndirici və cəmiyyətlə dialoq qura bilən müasir bir hüquqi institut kimi çıxış edir”.

Deputat bildirib ki, bu islahatların məntiqi davamı olaraq Hərbi Prokurorluq daha bir mühüm yeniliyə imza ataraq “962” Etimad xətti istifadəyə verilib: “Bu layihə təkcə texniki bir yenilik deyil, eyni zamanda dövlətin insanlara verdiyi dəyərin, açıq hökumət və şəffaf idarəçilik prinsipinə sadiqliyinin bariz göstəricisidir. Artıq hərbi qulluqçular və onların ailə üzvləri, eləcə də bu sahədə baş verən neqativ hallarla üzləşən vətəndaşlar öz narahatlıqlarını, hüquq pozuntuları ilə bağlı məlumatlarını birbaşa və maneəsiz şəkildə aidiyyəti orqanlara çatdıra biləcəklər. “962” Etimad xətti günün 24 saatı fasiləsiz olaraq fəaliyyət göstərir, hər bir zəng səs yazısı şəklində qeydə alınır və operativ araşdırılır. Ən önəmlisi isə odur ki, bu xidmət həm mobil, həm də stasionar telefon vasitəsilə ölkənin istənilən nöqtəsindən tamamilə ödənişsiz şəkildə əlçatandır. Bu isə o deməkdir ki, artıq nə məsafə, nə də texniki məhdudiyyətlər ədalətə aparan yolun qarşısında maneə deyil”.

“Bu yenilik fonunda qeyd etmək lazımdır ki, Hərbi Prokurorluğun həyata keçirdiyi genişmiqyaslı islahatlar konkret nəticələr də verməkdədir. Son illər ərzində hərbi cinayətlərin sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Bu göstərici həm profilaktik tədbirlərin gücləndirilməsinin, həm də qanunsuzluqlara qarşı sərt və prinsipial mövqenin nəticəsidir. Eyni zamanda, ictimai nəzarət mexanizmlərinin tətbiqi, şəffaflıq və hesabatlılıq prinsiplərinin ön plana çəkilməsi hərbi qulluqçular arasında hüquqi şüurun və məsuliyyət hissinin artmasına səbəb olmuşdur.

Artıq bu gün biz əminliklə deyə bilərik ki, Hərbi Prokurorluq təkcə qanunların keşiyində duran bir qurum deyil, həm də ədalətin, vicdanın, cəmiyyətlə qarşılıqlı hörmət və güvənin təminatçısıdır”, - S.Salmanova əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Avqust 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri