Icma.az
close
up
RU
Prostat vəzi iltihabını müalicə edən qidalar

Prostat vəzi iltihabını müalicə edən qidalar

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Prostatit, Prostat vəzində infeksiya və ya qıcıqlandırıcı amillərin səbəb olduğu bir xəstəlikdir.  Tez-tez sidiyə getmə, sidikdə qan və  irin  qarışığı, xayalıq və düz bağırsaqda ağrı, seksual pozukluqlar, bəzən sidiyin ləngiməsi  kimi simptomlar ilə  təzahür edir. Hər 10 nəfərdən  dördündə rast gəlinən, müalicə olunduqdan sonra  tekrar etməsi  güclü  ehtimal olan xəstəlik şəxsin həyat normlarına, keyfiyyətinə və psixologiyasına  mənfi təsir edir.

Xroniki prostatitdən tibbi müalicə  ilə  olduğu  kimi təbii yolla müalicə ilə  də xilas olmaq mümkündür. 

Prostat vəzinin təbii yollar ilə müalicəsi və əhəmiyyətli tövsiyələr:

Brokkoli: 1 litr su qaynadılır və içərisinə  250 qram brokkoli əlavə edilir. Yüngül atəşdə 5 dəqiqə qaynadıqdan sonra süzülür. Əldə edilən su üç hissəyə  bölünür, səhər, günorta və axşam yeməklərdən əvvəl içilir. Brokkoli suyunu içdikdən sonra 20 dəqiqəyə  qədər sudan başqa heç bir yemək yeməməyə diqqət yetirilir. Suda qaynadılmış brokkoli isə yeməkdə və ya salat olaraq istehlak edilə bilər. Bu tətbiq bir həftə fasiləsiz davam  etdirilir. Daha sonra üç gün  fasilə verilir və yenidən başladılır.

Hər həftə üç gün fasilə verilərək üç həftə davam etdirilən tətbiq nəticəsində prostatit mənşəli problemlər azala bilər. Lakin  bir  müddət  sonra  xəstəliyin əlamətləri yenidən başlasa, brokkoli müalicəsi daha 15 gün tətbiq oluna bilər.

Soğan: Xroniki prostatit xəstəliyinin təbii yolla müalicəsində istifadə  edilə  digər bir bitki  isə soğandır. 1 orta boy qəhvəyi soğan soyulub dilimlənməli və bir dilim çörək ilə yeyilməlidir. Bu xəstəliyin səbəb olduğu iltihabı və ağrını azaldır. Soyulmuş iki soğan bir litr suya salınıb, 8  saat  gözlədikdən sonra səhər ac qarnına bir stəkan içmək də ağrıları  azaldır.  

Balqabaq: Hər gün bir ovuc çiy balqabaq toxumu yemək məsləhətdir. Və ya 500 qram çiy balqabaq toxumu üyüdülür  və  200 qr bal ilə qarışdırıldıqdan  sonra  hər gün  səhər  yeməyindən   əvvəl  bir qaşıq  istehlak edilir.

Cəfəri toxumu: Toxumlar  toz halında üyüdülür. 4 çay qaşığı götürüb, 1 stəkan

qaynadılmış suya əlavə edilib  15 dəqiqə qaynadılır. soyuduqdan sonra süzülür. Gündə 4-6 dəfə 1 xörək qaşığı meyl edilir.

Cəfəri toxumlarından soyuq çay da hazırlamaq mümkündür. Bunun üçün 1 xörək qaşığı toxumu 1 stəkan qaynar suda 8 saat saxladıqdan sonra gündə 1/4 stəkan həcmində 4 dəfə içilir.

Uzun sarıkök tozu: Sarıkök tozunun müntəzəm istifadəsi çox təsirlidir. Salat, şorba, qatığa bir desert qaşığı əlavə  edilərək istehlak oluna bilər.

Yerkökü və ispanaq suyu: Yerkökü və ispanaq suyunun prostatit xəstəliyə faydalı  olduğu  araşdırmalar ilə təsbit edilib.

Exinacea: Exinacea bədənin infeksiyaya qarşı mübarizə aparmasına kömək edə biləcək əla immunitet gücləndiricisinə malikdir.

C vitamini: C vitamini antioksidant bir vitamindir. İltihab əleyhinə və immuniteti gücləndirici təsir göstərir. Sidiyin turşu məhsullarını artırdığı üçün bakteriyalar asanlıqla inkişaf edə bilməzlər. Gündə iki dəfə 500 mq qəbul etmək olar.

Kətan toxumu tozu: Bu toxum iltihab əleyhinə xüsusiyyətlərə malik olan əsas yağ turşularını ehtiva etdiyi  üçün qatıqla qarışdıraraq istehlak edilməlidir. Xəstəlikdən əziyyət çəkənlərə çoxlu maye istehlak  etmələri, gündə ən az altı ilə səkkiz stəkan su içmələri tövsiyə olunur. Ancaq tərkibində kofein olan qazlı içkilərdən imtina  edilməlidir. Çünkü  qazlı  və ya  kofein  ehtiva  edən  içəcəklər sidik problemlərinin artmasına  səbəb  ola bilər.

Qəbizlik iltihablı prostat vəzini qıcıqlandırır və xəstədə çoxlu ağrılar yaradır. Bu səbəbdən lifli qidaların istifadəsi  məsləhətdir.  

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri