Icma.az
close
up
RU
Pul verin başqasının Whatsapp yazışmalarını oxuyaq Bakıda qəribə xidmət FOTO

Pul verin başqasının Whatsapp yazışmalarını oxuyaq Bakıda qəribə xidmət FOTO

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda "Whatsapp" yazışmalarının oxunması xidməti təqdim olunur.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə üçüncü şəxsin "Whatsapp" yazışmalarını izləməsi imkanı təklif edilir.

Elanda bildirilir ki, həmin adamın sadəcə mobil nömrəsi kifayət edir ki, 12 ay boyunca onun başqaları ilə yazışmasını izləyəsən.

Xidmətin qiyməti barədə məlumat qeyd olunmayıb.

Bəs "Whatsapp" mesajlarını üçüncü şəxs rahatlıqla oxuya bilər?

Whatsapp tətbiqi güclü şifrləmə sistemi ilə işləsə də istifadəçilər cihazlarına nəzarəti itirdikdə mesajların təhlükəsizliyi risk altına düşə bilər.

Texnobloqer Fərid Pərdəşünas açıqlamasında bildirib ki, normal "WhatsApp" işlədən insanların yazışmalarını izləmək qeyri-mümkündür. Bəzi hallarda yazışmalar izlənilə bilər. Bu da kənar mənbələrdən "WhatsApp +", yaxud da "WhatsApp"ın alternativ versiyaları yükləndikdə mümkündür. Belə olduğu halda isə smartfondakı bütün məlumatlar üçün təhlükə yaranır.

Aparılan araşdırmalara görə əsas təhlükə tətbiqin şifrlənməsinin qırılması deyil. Risklər daha çox istifadəçinin cihazına və hesabına birbaşa girişlə bağlıdır. Telefonun kilidsiz vəziyyətdə qalması və ya başqa şəxsin cihazı ələ keçirməsi mesajların oxunmasına imkan yaradır.

Mütəxəssislər casus proqramların yaratdığı təhlükəyə də diqqət çəkir. Bu cür proqramlar zərərli tətbiqlər vasitəsilə quraşdırıla bilər və mesajlar cihazda açıldıqdan sonra onları görə bilər.

Digər mühüm məsələ WhatsApp Web xidmətidir. Əgər istifadəçi telefonunu nəzarətsiz qoyarsa başqa bir şəxs hesabı kompüterə qoşa bilər və bu zaman bütün yazışmalar həmin kompüterdən oxuna bilər.

İstifadəçilərə tətbiqin əlaqəli cihazlar bölməsini mütəmadi olaraq yoxlamaq tövsiyə olunur. Cihaza uyğun olduqda barmaq izi və ya üz tanıma ilə tətbiq kilidinin işə salınması da əlavə təhlükəsizlik yaradır.

Yəni, WhatsApp şifrləmə sistemi güclüdür və xarici müdaxilə ilə qırılması real deyil. Əsas təhlükə istifadəçinin öz cihazına nəzarəti itirdiyi hallarda yaranır.

Ümumilikdə isə başqasının yazışmalarını gizli oxumaq həm hüquqi, həm də etik məsuliyyət yaradır.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Dekabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri