Putin Qrenlandiya ətrafındakı vəziyyətin Rusiyaya heç bir aidiyyəti olmadığını deyib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qrenlandiya ətrafındakı vəziyyətin Rusiyaya heç bir aidiyyəti yoxdur".
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədə bildirib.
Onun sözlərinə görə, Rusiya Qrenlandiya ətrafındakı vəziyyətə müdaxilə etməyəcək.
"Qrenlandiya ətrafındakı vəziyyətin bizə heç bir aidiyyəti yoxdur. Onlar bunu öz aralarında həll edəcəklər", - Rusiya prezidenti vurğulayıb.
Putin Alyaskanın ABŞ-a satılmasını xatırladaraq o zaman ödənilən qiymətə əsasən Qrenlandiyanı 200-250 milyon dollar, qızılın qiymətini nəzərə alaraq bir milyarda yaxın qiymətləndirib.
"Düşünürəm ki, ABŞ bu rəqəmin öhdəsindən gələ bilər. Danimarka həmişə Qrenlandiyaya bir müstəmləkə kimi, olduqca sərt, bəlkə də qəddarcasına yanaşıb. Amma bu, indi çətin kimisə narahat etsin", - Putin deyib.
Rusiya prezidenti Danimarkanın 1917-ci ildə Virgin adalarını ABŞ-a satdığını da xatırladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 Yanvar 2026 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















