Icma.az
close
up
RU
Putin razılaşdı, hazırlıq başladı İranla bağlı mühüm qərar

Putin razılaşdı, hazırlıq başladı İranla bağlı mühüm qərar

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putinin yaxın zamanlarda İrana səfərinin planlandığına dair məlumat mövcud geosiyasi vəziyyət fonunda maraqla qarşılanıb. Artıq Putinin səfəri üçün Tehranda hazırlıq görüldüyü bildirilir.

Sözügedən məlumat Kreml tərəfindən də təsdiqlənib və aprelin 18-də İran Prezidenti Məsud Pezeşkianın Rusiya liderini ölkəsinə səfərə dəvət etdiyi xatırladılıb. Hazırda gündəmi maraqlandıran bu görüşün hansı istiqamətlərə fokuslanacağı, səfərin əhəmiyyəti və detalları sual doğurur.

Globalinfo.az-a danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Rusiya ilə İran arasında kifayət qədər sıx münasibətlər və yaxın əlaqələr mövcuddur:

“İran Prezidenti Məsud Pezeşkian bu ilin yanvar ayında Rusiyaya səfər etdi və Moskvada iki ölkə arasında 47 maddədən ibarət hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd imzalandı. Həm Rusiya, həm də İran tərəfi bu sənədi çox yüksək qiymətləndirdi. Razılaşma həmçinin iki ölkə arasında münasibətlərin yeni bir mərhələsi kimi də dəyərləndirildi. Moskva Tehranla münasibətlərinə həmişəki kimi çox həssas yanaşır. Eyni sözləri İran haqqında da demək mümkündür.

İki ölkə arasında başlıca olaraq həm iqtisadi, həm də hərbi-siyasi, təhlükəsizlik və müdafiə sahəsində daha sıx əməkdaşlığı nəzərdə tutan hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş, müvafiq olaraq Tehran-Moskva münasibətlərinin yeni xarakterini müəyyən edir. Vladimir Putin məhz bu kontekstdə İrana səfər etməklə iki ölkə arasında münasibətlərin həqiqətən də strateji tərəfdaşlıq xarakterini daşıdığını göstərəcək. Nəzərə almaq lazımdır ki, Moskva ilə Tehranı həm də onların geosiyasi məsələlərə oxşar baxışları birləşdirir”.

Politoloq əlavə edib ki, hazırda İranla ABŞ arasında da bir dialoq mühiti formalaşmaqdadır:

“Tehran hökuməti ilə yeni nüvə sazişinin imzalanması Vaşinqton üçün əhəmiyyətlidir. ABŞ Prezidenti Donald Tramp da bunu dəfələrlə qeyd edib, hətta İranın danışıqlara başlamayacağı təqdirdə ərazisinin bombalanacağına dair hədələr səsləndirilib. Son olaraq münasibətlərin normallaşması prosesi çərçivəsində Tehran və Vaşinqton nümayəndələri arasında 3 görüş baş tutdu. Doğrudur, tərəflər bu görüşləri ümumilikdə konstruktiv adlandırsa da, hələ bir nəticəsi yoxdur. İndiki şəraitdə bir çox hallarda İranla İsrail arasında müharibə ehtimalları da xeyli müzakirə olunur.


Elşad Mirbəşiroğlu

Hesab edirəm ki, Vladimir Putin Tehrana səfər etməklə həm də bu ölkənin ABŞ və İsrail qarşısında tək olmadığı ilə bağlı niyyətini nümayiş etdirmək istəyir. Eyni zamanda Ağ Ev ilə Kreml arasında intensiv dialoq mövcuddur. Çox güman, Yaxın Şərqdə cərəyan edən proseslər də ABŞ və Rusiya arasında müzakirələrin predmetini təşkil etməkdədir. Yaxın Şərqdə vəziyyətdə ciddi bir dönüş yarandı və Bəşər Əsəd rejimi devrildi. Belə olan halda Rusiya İranla regionda daha sıx koordinasiyalı şəkildə fəaliyyət qurmaq istəyindədir”.

Mirbəşiroğlu hesab edir ki, bütövlükdə bu səfər Rusiya ilə İran arasında başlıca olaraq regionda yeni geosiyasi konfiqurasiyaya uyğun birgə addımlar imkanlarını nəzərdən keçirmək baxımından əhəmiyyətli olacaq:

“Digər tərəfdən, artıq iki ölkə arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişinin ruhuna uyğun olaraq yeni münasibətlər və əməkdaşlıq sisteminin qurulması istiqamətində praktiki addımlar atılacaqdır. Xatırlatmaq istəyirəm ki, Vladimir Putin elə aprel ayında artıq imzalanmış sazişi həyata keçirdi. Bundan sonra İran prezidenti Putini ölkəsinə səfərə dəvət etdi. İran tərəfinin də verdiyi məlumatlardan göründüyü kimi bu ölkə Rusiya prezidentinin səfərinə ciddi hazırlaşır. Hesab edirəm ki, bu səfər ayrıca olaraq iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi baxımından tərəflər üçün əhəmiyyətlidir. Eyni zamanda enerji sahəsində Rusiya və İran arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri yüksək qiymətləndirilir. Rusiya qazının İrana nəql edilməsi aktual məsələlərdəndir. Düşünürəm ki, hazırkı geosiyasi proseslər kontekstində Yaxın Şərq regionunda Moskva-Tehran məsləhətləşməsi, mümkün eskalasiyaların qarşısının alınması baxımından da əhəmiyyətli ola bilər”.

Ləman Hüseynzadə
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 May 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri